• $
  • £

Gizir və miçmanlar üçün həqiqi hərbi xidmətdə olmanın müddətinin artırılması təklif olunur

Gizir və miçmanlar üçün həqiqi hərbi xidmətdə olmanın müddətinin artırılması təklif olunur
29.09.2025 16:22

Gizir və miçmanlar üçün həqiqi hərbi xidmətdə olmanın müddəti artırılması təklif olunur.

“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq, qüvvədə olan 12-ci maddəsinin “q” bəndinə və 38.1.4-cü maddəsinin tələblərinə əsasən, bütün gizir və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmanın müddəti 5 il müəyyən edilib.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrində, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrində təhsil almış hərbi qulluqçuların ixtisaslaşmış peşəkar kadr olduğunu nəzərə alaraq onların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha uzun müddət istifadə olunması məqsədilə Layihədə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanların dinc dövrdə həqiqi hərbi xidmətdə olma müddətinin 10 il müəyyən edilməsi təklif edilir.

Adıçəkilən qanunların müvafiq olaraq qüvvədə olan 26-cı maddəsinin “v” bəndinə və 36.1.3-cü maddəsində gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul olunması mümkün olan şəxslərin siyahısında 40 yaşınadək hərbi vəzifəlilər də (zabitlərdən başqa) nəzərdə tutulmuşdur. Layihədə “40 yaşınadək hərbi vəzifəlilər” ifadəsinin konkretləşdirilərək “hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və miçmanlar, 40 yaşınadək ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar” ifadəsi ilə əvəz edilməsi təklif edilir.

Bundan başqa, adıçəkilən qanunların müvafiq olaraq qüvvədə olan 172-ci və 44.1-ci maddələrində əksini tapan cədvəllərdə əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar üçün ehtiyatda olmağın son yaş hədləri eyni sətirdə müəyyən edilmişdir. Həmin maddələrdə əks olunan cədvəllərə dəyişiklik edilərək gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə müəyyən edilməsi, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddinin 35 yaş, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 yaş və üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün isə 55 yaş olması təklif edilir.

Adıçəkilən qanunların müvafiq olaraq, 175-ci və 45.2-ci maddələrində ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılması müddətləri nəzərdə tutulmuşdur. Təklif edilən dəyişikliyə əsasən, birinci dərəcəli ehtiyatda olanlar hərbi vəzifəlilərin hər dəfə 1 ayadək müddətə on dəfəyədək hərbi təlim toplanışlarına çağırılması nəzərdə tutulur. Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hər dəfə 2 ayadək müddətə beş dəfəyədək hərbi təlim toplanışlarına çağırılması təklif edilir.

Yuxarıda qeyd olunanlarla yanaşı layihədə bir sıra texniki xarakterli dəyişikliklər də nəzərdə tutulub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılışı olub
Cəmiyyət 18:21
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılışı olub
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır
Cəmiyyət 18:06
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır

Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb
Cəmiyyət 17:14
Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb


Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib
Cəmiyyət 16:39
Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib
Həbsxanalarda evlənənlərin sayı bir ildə 47% azalıb
Cəmiyyət 16:29
Həbsxanalarda evlənənlərin sayı bir ildə 47% azalıb
"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
Cəmiyyət 16:01
"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Azərbaycanın mineral resurs potensialının xəritəsi hazırlanacaq
Cəmiyyət 15:07
Azərbaycanın mineral resurs potensialının xəritəsi hazırlanacaq
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
Cəmiyyət 14:53
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb
Cəmiyyət 14:42
Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol