• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

Çirklənmiş Azərbaycan nefti tamamilə təmizlənib

Çirklənmiş Azərbaycan nefti tamamilə təmizlənib
07.09.2025 17:48

BTC Blend markalı neftin daşınması zamanı istifadə edilən Türkiyənin Ceyhan limanındakı rezervuarlar 2025-ci ilin iyulunda  standartlara uyğun olmayan neftdən tamamilə təmizlənib. Bu barədə BP Azərbaycan məlumat verib. 

Hazırda Aralıq dənizində tanker yükləmə əməliyyatları bərpa olunub və normal rejimdə həyata keçirilir.

Logistika zəncirində müvəqqəti nasazlığa səbəb olan hadisə üç rezervuarın standartlara uyğun olmayan neftlə çirklənməsi ilə bağlı olub, həmin neftin mənşəyi hələ də dəqiqləşdirilir.

İyulda baş verən fors-major nəticəsində bir sıra Avropa və Asiya neft emalı zavodları BTC Blend neftini almaqdan imtina edib ki, bu da qısa müddətə ixrac axınlarına və bazar konyunkturasına təsir göstərib.

Hazırda Aralıq dənizində tanker yükləmə əməliyyatları bərpa olunub və normal rejimdə həyata keçirilir.

Xatırladaq ki, Ceyhan terminalı Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri üzrə neft ixracı infrastrukturunun əsas halqasıdır və 2006-cı ilin mayından fəaliyyət göstərir. Onun ərazisi 144 hektardır, burada diametri 100 metr, hündürlüyü 20 metr olan yeddi “sürüşən damlı” rezervuar yerləşir, hər birinin tutumu isə bir milyon barelədəkdir.

Çirklənmə anında altı rezervuar işlək vəziyyətdə olub, biri isə planlı təmirə saxlanılıb. 

Terminala Türkiyənin dövlət şirkəti Botas nəzarət edir . Botaşın malik olduğu  iki dərin dəniz körpüsünun hər biri eyni vaxtda dedveyti 300 min tona qədər iki tanker qəbul edə bilir. Daxili kommunikasiya sisteminə rezervuar parkından yükləmə zonasına qədər uzunluğu təxminən 6 kilometr olan neft kəmərləri daxildir.

Burada diametri 42 düym olan iki xətt və diametri 16 düym olan altı yükləmə qolu mövcuddur ki, bu da yüksək buraxılış qabiliyyətini təmin edir.

Terminalın illik ixrac potensialı təxminən 50 milyon ton xam neft təşkil edir.

2022-ci ilin martında 5000-ci tanker Azərbaycanın Səngəçal terminalından Gürcüstan, oradan isə  Türkiyəyə yola salınıb.

2025-ci ilin ilk altı ayı ərzində isə Ceyhan terminalında uzunmüddətli və spot müqavilələrlə müştərilərə göndərilən 145 tankerin üzərinə təxminən 13 milyon ton və ya 106 milyon barel neft və kondensat yüklənib.

BP Azərbaycan neftinin çirklənmə səbəblərini hələ də müəyyənləşdirə bilməyib.

Standartlara uyğun olmayan neftlə bağlı insident göstərib ki, texniki və ya təşkilati xarakterli fors-major hallara hətta iri regional mərkəzlər belə həssasdır. Bununla belə, bp və infrastruktur operatorlarının operativ reaksiyası qısa müddətdə normal iş ritminin bərpasına imkan verib.

BTC Blend  Azərbaycan, Qazaxıstan və Türkmənistan neftinin qarışığıdır . 

Avropa və Asiyanın enerji təhlükəsizliyi üçün BTC kəmərinin əhəmiyyətini, həmçinin Xəzər neftinə artan tələbatı nəzərə alaraq, Ceyhan terminalının etibarlılığı Azərbaycanın və region ölkələrinin ixrac potensialının qorunmasında əsas amil olaraq qalır.

Rumıniya mediasının yazdığına görə,  neftin çirklənməsinin arxasında Rusiya durur.

Hələlik bu, yalnız ehtimaldır. Lakin Avropadakı informasiya mənbələri bu fikri tirajlayır. Öz növbəsində Rusiya mediası Qərbdə səslənən ittihamları fəal şəkildərədd edir və onları yeni siyasi müzakirələr üçün səbəbə çevirməyə çalışır.

İstiqamət: 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
İqtisadiyyat 14:37
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
Yelo Bank əməkdaşları arasında futbol çempionatı keçirilib
İqtisadiyyat 11:50
Yelo Bank əməkdaşları arasında futbol çempionatı keçirilib
Azərbaycana yatırılan investisiyaların həcmi 360 milyard dolları ötüb
İqtisadiyyat 11:18
Azərbaycana yatırılan investisiyaların həcmi 360 milyard dolları ötüb
Bakının 3 rayonunda təbii qaz olmayacaq
İqtisadiyyat 09:51
Bakının 3 rayonunda təbii qaz olmayacaq
Azərbaycanın "Azeri Light" nefti 1,46 dollar bahalaşıb
İqtisadiyyat 09:48
Azərbaycanın "Azeri Light" nefti 1,46 dollar bahalaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:13
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
İqtisadiyyat 17:30
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Əsədov: Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 2025-ci ilin 11 ayında 7.5% azalıb
İqtisadiyyat 16:47
Əsədov: Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 2025-ci ilin 11 ayında 7.5% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol