• $
  • £

Çips məhsulu partiyalarında uyğunsuzluq aşkarlanıb

Çips məhsulu partiyalarında uyğunsuzluq aşkarlanıb
29.09.2025 18:53

Çips məhsulu partiyalarında uyğunsuzluq aşkarlanıb.Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mononatrium qlütamat (E 621) − qida əlavəsi ilə bağlı keçirilən monitorinqlər çərçivəsində 29 yerli istehsal müəssisəsində müxtəlif məhsuldan 45 nümunə götürülərək laborator müayinələrə cəlb olunub.

"Sınaq nəticəsində “Rekord-2022” MMC-yə məxsus 1 nümunədə (“Rekord” əmtəə nişanlı 03.08.2025-03.02.2026 istehsal və son istifadə tarixli məhsul partiyası) və “Qəbələ Konserv Zavodu” MMC-yə məxsus 2 nümunədə (“Chipsim Kabab” əmtəə nişanlı 19.08.2025-19.04.2026 istehsal və son istifadə tarixli, “Chipsim Tomat” əmtəə nişanlı 07.08.2025-07.04.2026 istehsal və son istifadə tarixli məhsul partiyalarında) qida əlavəsinin normadan artıq olduğu müəyyən edilib. Aşkar edilmiş uyğunsuzluqla əlaqədar istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun zəruri tədbirlər görülərək, qeyd olunan istehsal tarixli məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağrılması və yığışdırılmasına dair müvafiq qərar qəbul olunub.

Mononatrium qlütamat yeməklərin dadını gücləndirmək üçün istifadə olunan qida əlavəsidir. Bu maddə qlütamat turşusunun natrium duzudur və emal olunmuş qidaların etiketlərində “E621” və ya “monosodium glutamate” kimi qeyd edilir. Qida sənayesində əsasən kolbasa, sosiska, hazır şorbalar, “fast food”, çips və konservlərdə geniş istifadə olunur. Yol verilən həddən artıq qəbulu insanlarda allergik reaksiyalar, nevroloji təsirlər yarada bilər. Beynəlxalq təşkilatlar bu maddənin normal miqdarda istifadəsinin təhlükəsiz olduğunu bildirir. Ancaq gündə 3-5 qram və daha çox qəbul etdikdə bəzi insanlarda allergik reaksiyalar yarana bilər. Xüsusilə uşaqlar, hamilə qadınlar və bu maddəyə həssaslığı olan şəxslər ehtiyatlı olmalıdır. Nəzərə almaq lazımdır ki, E621 bir çox fərqli məhsulda ola bilər və gün ərzində müxtəlif mənbələrdən qəbul edildikdə onun təsiri artaraq sağlamlığa zərər verə bilər. Buna görə də istehlakçılar rasionlarında bu maddənin miqdarına nəzarət etməli, mümkün qədər az istifadəsinə üstünlük verməlidirlər",- deyə məlumatda qeyd edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 3 nəfər dəm qazından zəhərlənib
Cəmiyyət 23:30
Qazaxda 3 nəfər dəm qazından zəhərlənib
Xəzər dənizində zəlzələ qeydə alınıb
Cəmiyyət 23:13
Xəzər dənizində zəlzələ qeydə alınıb
Türkiyədə əyləncə məkanına basqın −Məşhurlar saxlanıldı
Cəmiyyət 22:00
Türkiyədə əyləncə məkanına basqın −Məşhurlar saxlanıldı
Salyanda avtomobillər toqquşub, yaralılar var
Cəmiyyət 21:04
Salyanda avtomobillər toqquşub, yaralılar var
Qarabağın su ehtiyatlarının Bakıya ötürülməsi nəzərdən keçirilir
Cəmiyyət 21:00
Qarabağın su ehtiyatlarının Bakıya ötürülməsi nəzərdən keçirilir
Mart Ukraynada son yarım ilinən qanlı ayıolub
Cəmiyyət 20:30
Mart Ukraynada son yarım ilinən qanlı ayıolub
Nazir Adil Kərimlidən yeni təyinat
Cəmiyyət 20:00
Nazir Adil Kərimlidən yeni təyinat
Sabunçuda qohumunun evindən 320 min manat oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib
Cəmiyyət 18:30
Sabunçuda qohumunun evindən 320 min manat oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib
Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb
Cəmiyyət 18:00
Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol