• $
  • £

Ağ Ev Trampın Qəzza üzrə sülh planını açıqlayıb

Ağ Ev Trampın Qəzza üzrə sülh planını açıqlayıb
29.09.2025 23:30

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Qəzzadakı münaqişəyə son qoymaq məqsədi daşıyan 20 bəndlik tamformatlı sülh planını açıqlayıb.Sənəd ABŞ administrasiyasının “X” sosial media səhifəsində dərc olunub.

Plana əsasən, dərhal atəşkəs elan edilməli və İsrail qoşunları bölgədən çıxarılmalıdır. Əvəzində isə girovların azad olunması nəzərdə tutulur.

Sənədə görə, İsrail təklifi qəbul etdikdən sonra girovların azad olunması üçün 72 saat vaxt veriləcək.

"Bütün girovlar azad olunduqdan sonra İsrail ömürlük həbsdə olan 250 nəfəri və 2023-cü il oktyabrın 7-dən sonra saxlanılan 1 700 mülki sakini təhvil verməlidir", – sənəddə qeyd olunur.

Bununla yanaşı, ABŞ-nin beynəlxalq tərəfdaşlarla birlikdə Qəzza üçün müvəqqəti Beynəlxalq Sabitlik Qüvvələrini yaratmaq üçün əməkdaşlıq edəcəyi vurğulanır. Trampın planında, həmçinin bölgədə iştirakçı ölkələr üçün güzəştli şərtlərin tətbiq ediləcəyi xüsusi iqtisadi zonanın yaradılması da nəzərdə tutulur.

Sənədə silahı yerə qoyub dinc yanaşı yaşamağa razı olan HƏMAS üzvlərinin əfv olunması da daxildir. Qəzzanı tərk etmək istəyənlərə digər ölkələrə təhlükəsiz keçid imkanı veriləcək. HƏMAS və digər qruplar Qəzzanın idarəçiliyində birbaşa, dolayı və ya hər hansı formada iştirak etməməlidirlər.

Qəzzaya nəzarət müvəqqəti olaraq texnokrat, siyasi mənsubiyyəti olmayan Fələstin Komitəsinə tapşırılacaq. Bu komitə Qəzza əhalisinin gündəlik xidmət və bələdiyyə işlərinin təmin edilməsinə cavabdeh olacaq. Komitənin üzvləri fələstinlilər və beynəlxalq ekspertlərdən ibarət olacaq, fəaliyyətinə isə yeni beynəlxalq keçid orqanı – ABŞ Prezidentinin rəhbərlik edəcəyi "Sülh Şurası" nəzarət edəcək.

Plan Qəzzanın İsrail tərəfindən işğalını və ya ilhaqını, eləcə də əhalinin zorla köçürülməsini istisna edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Dünya 23:00
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
Dünya 21:30
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
SEPAH Trampa xəbərdarlıq edib
Dünya 19:17
SEPAH Trampa xəbərdarlıq edib
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Dünya 19:00
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Putin və Pezeşkian İran-Amerika danışıqlarını müzakirə ediblər
Dünya 17:41
Putin və Pezeşkian İran-Amerika danışıqlarını müzakirə ediblər
На севере Гаити по меньшей мере 30 человек погибли в давке у старинной крепости
Dünya 16:23
На севере Гаити по меньшей мере 30 человек погибли в давке у старинной крепости
Pakistan İran və ABŞ-a Hörmüzdə birgə patrul xidməti təklif edib
Dünya 09:15
Pakistan İran və ABŞ-a Hörmüzdə birgə patrul xidməti təklif edib
İslamabadda keçirilən İran-ABŞ danışıqları başa çatıb - Yenilənib
Dünya 08:50
İslamabadda keçirilən İran-ABŞ danışıqları başa çatıb - Yenilənib
Gələn həftə Zelenski və Meloni arasında Romada görüş keçiriləcək
Dünya 00:14
Gələn həftə Zelenski və Meloni arasında Romada görüş keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol