• $
  • £

ABB SIBOS 2025 beynəlxalq konfransında!

ABB SIBOS 2025 beynəlxalq konfransında!
29.09.2025 21:54

Sentyabrın 29-da Almaniyanın Frankfurt şəhərində SIBOS 2025 beynəlxalq konfransı başlanıb. Builki konfrans “Qlobal maliyyənin yeni sərhədləri” mövzusuna həsr edilib.


Beynəlxalq maliyyə dünyasının ən böyük və mühüm kommunikasiya platformalarından olan tədbirdə ABB də öz stendi ilə təmsil olunur. Bankın İdarə Heyətinin sədri Abbas İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbir müddətində iştirakçılara ABB-nin fəaliyyəti haqqında məlumat verəcək, bir sıra mühüm görüşlər keçiriləcək, əməkdaşlıq perspektivləri müzakirə olunacaq. 


ABB nümayəndə heyətinin Citibank, The Bank of New York Mellon, JP Morgan, Commerzbank, Raiffeisen Bank, Zürcher Kantonalbank, Intesa Sanpaolo Bank, ABN AMRO Bank, Türkiye İş Bankası, AktivBank, Ziraat Bank, Abu Dhabi Commercial Bank, Sumitomo Mitsui Banking Corporation və digər maliyyə qurumlarının təmsilçiləri ilə görüşləri planlaşdırılıb. 
ABB nümayəndələri maliyyə texnologiyaları, süni intellekt, data, maliyyə inklüzivliyi və s. ilə bağlı müxtəlif tədbirlərdə də iştirak edərək ölkə bankçılığında tətbiq etmək üçün yeni, faydalı təcrübələrlə tanış olacaqlar.


Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “SIBOS beynəlxalq konfransı dünyanın ən böyük bankları ilə ən böyük texnologiya şirkətlərini bir araya gətirən maraqlı platformadır. ABB olaraq bu il burada iştirakımız bizə yeni imkanlar açacaq. Texnoloji inkişaf trendlərini daha yaxından təqib etmək, beynəlxalq tərəfdaşlıq əlaqələrimizi möhkəmləndirmək üçün yaxşı fürsətlərimiz olacaq. Bir sözlə, SIBOS 2025 bizim üçün yeni fürsətlər, yeni imkanlardır”.


Ənənəvi SIBOS konfransının təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətidir (SWIFT). Tədbir hər il dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələrini bir araya gətirir, maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq imkanları yaradır, işgüzar əlaqələrin qurulmasına kömək göstərir. SIBOS 2025 oktyabrın 2-dək davam edəcək. 


ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol