• $
  • £

BP Azərbaycanda ən azı daha 30 il qalmağı planlaşdırır — vitse-prezident

BP Azərbaycanda ən azı daha 30 il qalmağı planlaşdırır — vitse-prezident
30.09.2025 15:17

BP artıq 30 ildir Azərbaycanda fəaliyyət göstərir və qarşıdakı üç onillikdə də ölkədə qalmağı planlaşdırır. Bu barədə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyədə hasilat üzrə vitse-prezidenti Stüart Şou Bakı İqlim Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.

O vurğulayıb ki, şirkət ölkə ilə uzunmüddətli əməkdaşlığa yönəlib, lakin uğurun davamı üçün ənənəvi yanaşmalardan uzaqlaşmaq lazımdır. “Əgər əvvəlki kimi işləməyə davam etsək, xüsusilə karbon izi və ətraf mühitə münasibətdə, əvvəlki qədər uğurlu ola bilməyəcəyik,” — deyə Şou qeyd edib.

Şirkət rəsmisi “Şahdəniz” layihəsinə də xüsusi diqqət ayıraraq, ilin əvvəlində yataqda əməliyyatların dekarbonizasiyası planlarının təsdiqləndiyini xatırladıb. “Xəzərdə iri kompressor qurğusu inşa ediləcək. O, daha təhlükəsiz və səmərəli olmaqla yanaşı, elektrikləşdirilmə əsasında  sahildən çəkilmiş kabellərlə qidalanacaq,” —  o bildirib.

Onun sözlərinə görə, məhz bu kimi qərarlar şirkətin gələcək strategiyasını müəyyənləşdirir. “Tərəfdaşlıqlarımız və ekoloji öhdəliklərimiz təkcə cari əməliyyatlara deyil, gələcək layihələrə də şamil olunur. SOCAR və texnoloji tərəfdaşlarla əməkdaşlıq bunun bariz nümunəsidir,” — Şou əlavə edib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol