• $
  • £

İmişlidə valideynlər məktəbin vəziyyətindən narazıdır - Video

İmişlidə valideynlər məktəbin vəziyyətindən narazıdır - Video
01.10.2025 13:31

İmişli rayonu Qulubəyli kənd tam orta məktəbində təhsil alan şagirdlərin valideynləri məktəbdəki şəraitin bərbad olması barədə anews.az-a müraciət ediblər.

Onların sözlərinə görə, sinif otaqlarında pəncərələr yoxdur və bu, xüsusilə qış aylarında dərs prosesini çətinləşdirir.

Valideynlər məktəbin illərdir təmir olunacağı vəd edilsə də, heç bir tədbirin görülmədiyini deyirlər.

Mil-Muğan Regional Təhsil İdarəsi məsələ ilə bağlı anews.az-a cavab olaraq bildirilib ki, məktəbin vəziyyəti barədə məlumatlıdırlar və təmir məsələsi qeydiyyata alınıb. Qurum qeyd edib ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.

Hazırda adıçəkilən məktəbdə 186 şagird təhsil alır. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailəyə sosial-psixoloji yardım gözstəriləcək
Cəmiyyət 18:24
Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailəyə sosial-psixoloji yardım gözstəriləcək
Həkim Azər Maqsudov amnistiya ilə cəzadan azad edilib
Cəmiyyət 17:15
Həkim Azər Maqsudov amnistiya ilə cəzadan azad edilib
Sürüşməyə görə 6 marşrutun hərəkət istiqaməti dəyişdirildi
Cəmiyyət 16:02
Sürüşməyə görə 6 marşrutun hərəkət istiqaməti dəyişdirildi
Qusarda kəndləri birləşdirən yolu sel aparıb - Video
Cəmiyyət 15:28
Qusarda kəndləri birləşdirən yolu sel aparıb - Video
Qəm qazından zəhərlənən ailənin 2 uşağı nəzarətə götürülüb
Cəmiyyət 15:12
Qəm qazından zəhərlənən ailənin 2 uşağı nəzarətə götürülüb
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - Video
Cəmiyyət 14:11
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - Video
Bakıda torpaq sürüşmə riski səbəbindən yol hərəkəti qismən məhdudlaşdırılıb
Cəmiyyət 13:29
Bakıda torpaq sürüşmə riski səbəbindən yol hərəkəti qismən məhdudlaşdırılıb
Dəm qazından zəhərlənən uşaqlar heç vaxt məktəbə getməyiblər
Cəmiyyət 13:05
Dəm qazından zəhərlənən uşaqlar heç vaxt məktəbə getməyiblər
Ötən həftə bu qədər ərazi minalardan təmizlənib
Cəmiyyət 13:02
Ötən həftə bu qədər ərazi minalardan təmizlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol