• $
  • £

31 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

31 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
01.10.2025 18:25

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Göyçay, Bakı-Lənkəran, Bakı-Astara, Mingəçevir-Bərdə və əks istiqamətdə, Mingəçevir-Zaqatala, Şəki-Mingəçevir, Bərdə-Sumqayıt şəhərlərarası, Yəhərçi Qazaxlar kəndi (Goranboy) – Gəncə (avtovağzal), Kür qəsəbəsi (Şəmkir) – Gəncə (avtovağzal), Qaraağaclı kəndi (Goranboy) – Gəncə (Dəmiryol vağzalı) rayonlararası, Qaratoba kəndi – Qusar (avtovağzal), Zərdabi kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi Bazar), İqrığ kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi Bazar) rayondaxili, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə paytaxtın 1, 2, 3, 4 ,5, 6, 10, 11, 13, 14, 40, 104 və 165 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.Bu barədə AYNA-dan məlumat verilib.

Bildirilir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 30 oktyabr 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov – tel.: 050-444-10-75, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Göyçay, Bakı-Lənkəran, Bakı-Astara, Mingəçevir-Bərdə, Bərdə-Mingəçevir istiqamətlərində 9 lot üzrə noyabrın 4-də;

Mingəçevir-Zaqatala, Şəki-Mingəçevir, Bərdə-Sumqayıt istiqamətlərində 3 lot üzrə noyabrın 7-də;

Yəhərçi Qazaxlar kəndi (Goranboy) – Gəncə (avtovağzal), Kür qəsəbəsi (Şəmkir) – Gəncə (avtovağzal), Qaraağaclı kəndi (Goranboy) – Gəncə (Dəmiryol vağzalı), Qaratoba kəndi – Qusar (avtovağzal), Zərdabi kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi Bazar), İqrığ kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi Bazar) istiqamətlərində 6 lot üzrə noyabrın 18-də;

paytaxtın 1 nömrəli ("28 May" m/st – "Neftçilər" m/st), 2 nömrəli (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – "Dərnəgül" m/st), 3 nömrəli ("Dərnəgül" m/st – Badamdar qəsəbəsi), 4 nömrəli (Bakı Ağ Şəhər yaşayış sahəsi – Montin yaşayış massivi) və 5 nömrəli ("Nəriman Nərimanov" m/st – "20-ci Sahə" dairəsi) şəhərdaxili avtobus marşrutları üzrə 5 lotda noyabrın 21-də;

paytaxtın 6 nömrəli ("Azadlıq prospekti" m/st – “20-ci Sahə” yaşayış massivi), 10 nömrəli (Bakı Ağ Şəhər yaşayış sahəsi – Yasamal yaşayış kompleksi (MİDA)), 11 nömrəli (Dəmiryol vağzalı – İbrahim Əbilov küçəsi), 13 nömrəli ("Koroğlu" NMM – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) və 14 nömrəli ("28 May" m/st – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) şəhərdaxili avtobus marşrutları üzrə 5 lotda noyabrın 25-də;

paytaxtın 40 nömrəli (Sabunçu qəsəbəsi, Sabunçu d/st – Günəşli qəsəbəsi), 104 nömrəli ("Həzi Aslanov" m/st – Yeni Suraxanı qəsəbəsi) və 165 nömrəli (A.M.Şərifzadə küçəsi – Mehdiabad qəsəbəsi) şəhərdaxili avtobus marşrutları üzrə 3 lotda noyabrın 27-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailəyə sosial-psixoloji yardım gözstəriləcək
Cəmiyyət 18:24
Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailəyə sosial-psixoloji yardım gözstəriləcək
Həkim Azər Maqsudov amnistiya ilə cəzadan azad edilib
Cəmiyyət 17:15
Həkim Azər Maqsudov amnistiya ilə cəzadan azad edilib
Sürüşməyə görə 6 marşrutun hərəkət istiqaməti dəyişdirildi
Cəmiyyət 16:02
Sürüşməyə görə 6 marşrutun hərəkət istiqaməti dəyişdirildi
Qusarda kəndləri birləşdirən yolu sel aparıb - Video
Cəmiyyət 15:28
Qusarda kəndləri birləşdirən yolu sel aparıb - Video
Qəm qazından zəhərlənən ailənin 2 uşağı nəzarətə götürülüb
Cəmiyyət 15:12
Qəm qazından zəhərlənən ailənin 2 uşağı nəzarətə götürülüb
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - Video
Cəmiyyət 14:11
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - Video
Bakıda torpaq sürüşmə riski səbəbindən yol hərəkəti qismən məhdudlaşdırılıb
Cəmiyyət 13:29
Bakıda torpaq sürüşmə riski səbəbindən yol hərəkəti qismən məhdudlaşdırılıb
Dəm qazından zəhərlənən uşaqlar heç vaxt məktəbə getməyiblər
Cəmiyyət 13:05
Dəm qazından zəhərlənən uşaqlar heç vaxt məktəbə getməyiblər
Ötən həftə bu qədər ərazi minalardan təmizlənib
Cəmiyyət 13:02
Ötən həftə bu qədər ərazi minalardan təmizlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol