• $
  • £

Yayda Sım kəndinə 2 min turist səfər edib

Yayda Sım kəndinə 2 min turist səfər edib
03.10.2025 14:14

2025-ci ilin üç ay ərzində Astaranın Sım kəndinə təxminən 2 000 turist səfər edib. Bu barədə Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov anews.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, son üç ildə xarici və yerli turistlərin sayı min nəfər artıb.

Sım-da  təxminən 800 nəfər əhali yaşayır.

“Hazırda kənd əhalisinin məşğulluq qabiliyyətinin artırılması, həmçinin agroturizm təsərrüfatlarının yaradılması ilə bağlı iş aparılır", –  Cavadov  oktyabrın 3-də  təşkil olunan mediatur zamanı bildirib.

Rəsminin sözlərinə görə, Sım kəndində olduğu kimi, Azərbaycanın digər kəndlərində də turizm infrastrukturunun yaxşılaşdırılması üçün dövlət proqramları çərçivəsində layihələr həyata keçirilir.

“Hazırda layihələndirmə mərhələsində olan kəndlər arasında Qusarın Laza, İsmayıllının İvanovka, Qəbələnin Duruca və Qaxın İlisu kəndləri var", – Cavadov əlavə edib.

Son illər Azərbaycan Dövlət Turizm Agentliyi regional turizm marşrutlarının şaxələndirilməsi və kənd turizminin stimullaşdırılması məqsədilə infrastruktur və məşğulluq yönümlü layihələr həyata keçirir.

Agroturizm, ekoturizm və yerli mədəni irsə əsaslanan turlar vasitəsilə bölgələrə səfər edən turistlərin sayında artım müşahidə olunur.

Aytac Zeynalova 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan güləşçiləri Bakıya gəldi
Cəmiyyət 12:04
Ermənistan güləşçiləri Bakıya gəldi
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:06
Faktiki hava açıqlanıb
Bakıda evdə meyit tapıldı
Cəmiyyət 10:18
Bakıda evdə meyit tapıldı
Şəkidə "Mercedes" iki piyadanı vurdu: bir nəfər öldü
Cəmiyyət 09:16
Şəkidə "Mercedes" iki piyadanı vurdu: bir nəfər öldü
Xəzərdə zəlzələ olub
Cəmiyyət 09:10
Xəzərdə zəlzələ olub
Naxçıvanda təcili tibbi yardım avtomobili aşıb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 08:21
Naxçıvanda təcili tibbi yardım avtomobili aşıb, 4 nəfər xəsarət alıb
Coratda 26 yaşlı gənc dənizdə boğulub
Cəmiyyət 22:31
Coratda 26 yaşlı gənc dənizdə boğulub
Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var
Cəmiyyət 19:41
Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var
Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb
Cəmiyyət 18:09
Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol