• $
  • £

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur
06.10.2025 11:09

9-10 oktyabr 2025-ci il tarixlərində Bakı Konqres Mərkəzində kibertəhlükəsizlik sahəsində regionun ən mühüm tədbirlərindən biri – CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı, “Ağıllı şəhər”də kibermüharibə simulyasiyaları və kibertəhlükəsizlik həlləri sərgisi keçiriləcək. Bu platforma iştirakçılara həm real ssenarilər üzərində təcrübə qazanmaq, həm də innovativ texnologiyalarla tanış olmaq imkanı yaradacaq.

Konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə baş tutacaq. Biznes müştəriləri üçün etibarlı təhlükəsizlik xidmətləri təqdim edən və bu vacib sahədə mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət ayıran Azercell tədbirin gümüş sponsorudur. Bundan əlavə, mobil operatorun kibertəhlükəsizlik komandası CİDC 2025 yarışmasında şifrələmə, sənaye idarəetmə sistemləri, proqramların kodunun araşdırılması və digər sahələr üzrə təqdim olunacaq tapşırıqlarda bacarıqlarını nümayiş etdirəcək. 

Azercell-in məqsədi ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına dəstək vermək, rəqəmsal mədəniyyəti gücləndirmək və regionda informasiya təhlükəsizliyinin təminatına töhfə verməkdir. 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sürüşməyə görə 6 marşrutun hərəkət istiqaməti dəyişdirildi
Cəmiyyət 16:02
Sürüşməyə görə 6 marşrutun hərəkət istiqaməti dəyişdirildi
Qusarda kəndləri birləşdirən yolu sel aparıb - Video
Cəmiyyət 15:28
Qusarda kəndləri birləşdirən yolu sel aparıb - Video
Qəm qazından zəhərlənən ailənin 2 uşağı nəzarətə götürülüb
Cəmiyyət 15:12
Qəm qazından zəhərlənən ailənin 2 uşağı nəzarətə götürülüb
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - Video
Cəmiyyət 14:11
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - Video
Bakıda torpaq sürüşmə riski səbəbindən yol hərəkəti qismən məhdudlaşdırılıb
Cəmiyyət 13:29
Bakıda torpaq sürüşmə riski səbəbindən yol hərəkəti qismən məhdudlaşdırılıb
Dəm qazından zəhərlənən uşaqlar heç vaxt məktəbə getməyiblər
Cəmiyyət 13:05
Dəm qazından zəhərlənən uşaqlar heç vaxt məktəbə getməyiblər
Ötən həftə bu qədər ərazi minalardan təmizlənib
Cəmiyyət 13:02
Ötən həftə bu qədər ərazi minalardan təmizlənib
PAŞA Bank tarixi IPO-ya start verir!
Cəmiyyət 12:39
PAŞA Bank tarixi IPO-ya start verir!
Dəm qazından zəhərlənən 6 uşaqdan ikisinin vəziyyəti ağırdır
Cəmiyyət 12:20
Dəm qazından zəhərlənən 6 uşaqdan ikisinin vəziyyəti ağırdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol