• $
  • £

Azərbaycanın İƏT ölkələri ilə ticarət dövrüyəsi 6 milyard dollardır

Azərbaycanın İƏT ölkələri ilə ticarət dövrüyəsi 6 milyard dollardır
07.10.2025 11:06

2025-ci ilin səkkiz ayında Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında ticarət dövriyyəsi təxminən 6 milyard ABŞ dolları təşkil edib. Bu barədə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Bakıda keçirilən Halal Biznes Forumundan çıxışı zamanı deyib. .

Əliyev bildirib ki, hazırda Azərbaycanda İƏT ölkələrinə məxsus təxminən 11 min şirkət fəaliyyət göstərir ki, bu da iqtisadi əlaqələrin genişliyini və qarşılıqlı investisiya marağını göstərir.

“Azərbaycan İƏT məkanında mühüm iqtisadi tərəfdaş və təşəbbüskar ölkə kimi formalaşıb,” –  Əliyev vurğulayıb.

Nazir müavini həmçinin qeyd edib ki, 2004–2024-cü illər ərzində Azərbaycan iqtisadiyyatına ümumilikdə 344 milyard ABŞ dollarından çox sərmayə qoyulub. Bu vəsaitin 213 milyard dolları qeyri-neft sektorunun inkişafına yönəldilib, bu da ölkənin iqtisadiyyatının diversifikasiyası istiqamətində atdığı ardıcıl addımları nümayiş etdirir.

Bu günlərdə Bakıda keçirilmiş Birinci Azərbaycan İnvestisiya Forumu çərçivəsində dəyəri 10 milyard dollardan artıq olan layihələr üzrə sənədlər imzalanıb. Rəsmi məlumatlara görə, sazişlər əsasən enerji, infrastruktur və texnologiya sahələrini əhatə edir.

İslam Əməkdaşlıq Təşkilatı 57 üzv dövlətdən ibarət olmaqla, dünya üzrə əhalisinin təxminən 1,9 milyardını əhatə edir. Azərbaycanın bu qurum çərçivəsində iqtisadi əməkdaşlıq sahəsində rolunun son illərdə artdığı müşahidə olunur. Bakı, ticarət, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahələrində təşəbbüslərlə çıxış edən əsas iştirakçılardandır.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol