• $
  • £

Taha Ayhan: Halal Biznes Forumu regional təcrübələri bir araya gətirəcək

Taha Ayhan: Halal Biznes Forumu regional təcrübələri bir araya gətirəcək
07.10.2025 11:18

Bakıda keçirilən Halal Biznes Forumu müxtəlif regionlardan olan təcrübələrin paylaşılması və yeni iqtisadi əməkdaşlıqların qurulması üçün mühüm platformadır. Bunu Bakıda keçirilən Halal Biznes Forumunda çıxışı zamanı İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan bildirib.

“Bu forum ikitərəfli əlaqələrin qurulması və mövcud əməkdaşlığın genişlənməsi üçün əla imkandır. Burada formalaşacaq tərəfdaşlıqlar qlobal iqtisadi sistemə də müsbət təsir göstərəcək,” –  Ayhan qeyd edib.

Forum çərçivəsində Asiya, Yaxın Şərq, Avropa və Afrika ölkələrindən nümayəndələr halal məhsulların istehsalı, ticarəti və sertifikatlaşdırılması sahəsindəki uğurlu təcrübələrini təqdim edəcək. Təşkilatçılara görə, məqsəd üzv ölkələr arasında praktik bilik mübadiləsini təşviq etmək və ticarət-iqtisadi əlaqələri gücləndirməkdir.

Halal sənayesi son illərdə yalnız İslam dünyasında deyil, qeyri-müsəlman ölkələrdə də sürətlə inkişaf edir. Bu sahə qida məhsulları ilə yanaşı, maliyyə xidmətləri, turizm, kosmetika və tibbi məhsulları da əhatə edir. Ekspertlərə görə, halal iqtisadiyyat sürətlə qloballaşan yeni iqtisadi platformalardan biridir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol