• $
  • £

KOBİA ilə birgə həyata keçirilən proqramlar yaşıl iqtisadiyyatın təşviqində mühüm nəticələr verib

KOBİA ilə birgə həyata keçirilən proqramlar yaşıl iqtisadiyyatın təşviqində mühüm nəticələr verib
07.10.2025 11:58

Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə həyata keçirilən proqramlar, xüsusilə texnoloji sahələrdə və yaşıl iqtisadiyyatın təşviqində mühüm nəticələr verib. Bunu Bakıda keçirilən Halal Biznes Forumunda çıxışı zamanı Mərakeşin Kiçik və Orta Müəssisələrin Təşviqi üzrə Milli Agentliyinin (Maroc PME) baş direktoru Anouar Alaoui Ismaili bildirib. 

“Azərbaycan bu prosesdə öz inkişafını davamlı şəkildə göstərib. Müştərək layihələr üzv dövlətlərə real dəstəyin nümunəsidir. KOBİA-nın təşəbbüsləri və ayırdığı mütəxəssislərlə aparılan proqramlar strateji əhəmiyyət daşıyır,” –  o, Halal Biznes Forumu çərçivəsində bildirib.

Ismaili-nin sözlərinə görə, birgə əməkdaşlıq nəticəsində texnoloji proqramların dəstəklənməsi, yaşıl sahələrin genişləndirilməsi, eləcə də xidmətlərin regionlar üzrə əlçatanlığının artırılması istiqamətində nəzərəçarpacaq irəliləyişlər əldə olunub.

“Əsas üç amil – xidmətlərin genişləndirilməsi, bəzi proqramların tamamlanması və milli dəstəyin artırılması – əməkdaşlığın effektivliyini göstərir,” –  o qeyd edib.

Maroc PME rəhbəri vurğulayıb ki, 2030-cu ilədək olan dövr üçün də KOBİA ilə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur və bu çərçivədə bir sıra müqavilələrin imzalanması, ortaq layihələrin icrası və daha sistemli dəstəyin təşkili planlaşdırılır.

“Müştərək iradənin olması hər bir iqtisadi layihənin uğuru üçün vacibdir. Biz bu iradəni Azərbaycan tərəfi ilə əməkdaşlıqda açıq şəkildə görürük,” –  Ismaili əlavə edib.

Gülnar Nazimqızı
 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sürüşməyə görə 6 marşrutun hərəkət istiqaməti dəyişdirildi
Cəmiyyət 16:02
Sürüşməyə görə 6 marşrutun hərəkət istiqaməti dəyişdirildi
Qusarda kəndləri birləşdirən yolu sel aparıb - Video
Cəmiyyət 15:28
Qusarda kəndləri birləşdirən yolu sel aparıb - Video
Qəm qazından zəhərlənən ailənin 2 uşağı nəzarətə götürülüb
Cəmiyyət 15:12
Qəm qazından zəhərlənən ailənin 2 uşağı nəzarətə götürülüb
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - Video
Cəmiyyət 14:11
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - Video
Bakıda torpaq sürüşmə riski səbəbindən yol hərəkəti qismən məhdudlaşdırılıb
Cəmiyyət 13:29
Bakıda torpaq sürüşmə riski səbəbindən yol hərəkəti qismən məhdudlaşdırılıb
Dəm qazından zəhərlənən uşaqlar heç vaxt məktəbə getməyiblər
Cəmiyyət 13:05
Dəm qazından zəhərlənən uşaqlar heç vaxt məktəbə getməyiblər
Ötən həftə bu qədər ərazi minalardan təmizlənib
Cəmiyyət 13:02
Ötən həftə bu qədər ərazi minalardan təmizlənib
PAŞA Bank tarixi IPO-ya start verir!
Cəmiyyət 12:39
PAŞA Bank tarixi IPO-ya start verir!
Dəm qazından zəhərlənən 6 uşaqdan ikisinin vəziyyəti ağırdır
Cəmiyyət 12:20
Dəm qazından zəhərlənən 6 uşaqdan ikisinin vəziyyəti ağırdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol