• $
  • £

Pakistanda KOB-lar ÜDM-in 40%-ni təşkil edir

Pakistanda KOB-lar ÜDM-in 40%-ni təşkil edir
07.10.2025 12:41

 

Pakistanda ümumi daxili məhsulun (ÜDM) təxminən 40%-i KOB-ların payına düşür. Bunu Bakıda Halal Biznes Forumunda çıxışı zamanı Pakistanın Kiçik və Orta Müəssisələrin İnkişafı İdarəsinin (SMEDA) baş icraçı direktoru Socrat Aman Rana bildirib.

“Pakistanda ümumi daxili məhsulun (ÜDM) təxminən 40%-i KOB-ların payına düşür. Biz İƏT KOB şəbəkəsinin gücləndirilməsinə və beynəlxalq əməkdaşlıqların qurulmasına tam dəstək verməyə hazırıq,” –  o, Halal Biznes Forumu çərçivəsində bildirib.

Rana vurğulayıb ki, İƏT ölkələrində kiçik və orta sahibkarlığın inkişafı bir sıra boşluqların doldurulmasına və halal iqtisadiyyat çərçivəsində daha effektiv yerləşdirilməsinə imkan yaradır.

“Halal bazarında KOB-ların mövqeyini gücləndirmək bu sektorun davamlı inkişafı üçün vacibdir. Pakistan bu sahədə öz təcrübəsini paylaşmağa və ortaq təşəbbüslərdə yer almağa hazırdır,” –  o əlavə edib.

SMEDA rəhbəri Azərbaycanın İƏT ölkələri arasında regional iqtisadi əməkdaşlığın təşviqindəki rolunu yüksək qiymətləndirərək, forumun təşkilinə görə təşəkkürünü bildirib.

“Regional səviyyədə əməkdaşlığın qurulması istiqamətində göstərilən təşəbbüslərə görə Azərbaycana minnətdarıq. Bu cür tədbirlər birgə iqtisadi inkişaf üçün önəmli zəmin yaradır,” –  Rana qeyd edib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol