• $
  • £

Süni intellekt həm də təhdid vasitədi kimi sürətlə inkişaf edir - Deputat

Süni intellekt həm də təhdid vasitədi kimi sürətlə inkişaf edir - Deputat
09.10.2025 09:44

Süni intellekt texnologiyaları təhlükəsizlik sahəsində həm təhdid, həm də müdafiə vasitəsi kimi sürətlə inkişaf edir. Bunu Milli Məclisin Xarici Müdaxilələrə və Hibrid Təhdidlərə Qarşı Komissiyasının sədri Ramid Namazov bildirib.

Namazovun sözlərinə görə, avtomatlaşdırılmış təhdid aşkarlama, proaktiv müdafiə sistemləri və intellektual cavab mexanizmləri yaxın illərdə qlobal təhlükəsizlik arxitekturasının əsasını təşkil edəcək.

Deputat qeyd edib ki, yeni nəsil rabitə texnologiyaları daha sürətli və etibarlı əlaqə imkanı yaratsa da, eyni zamanda yeni təhlükəsizlik çağırışları doğuracaq və bu da hibrid müharibə konsepsiyasını daha da mürəkkəbləşdirəcək.

"Ağıllı şəhər infrastrukturunun inkişafı təhlükəsizlik mülahizələri ilə paralel aparılmalı, milli kibertəhlükəsizlik strategiyası isə daim yenilənərək qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır.Gələcəkdə müharibələrin böyük ehtimalla şəhər məkanlarında və kiberməkanda aparılması gözlənilir və bu reallığa hazırlıq yalnız texnoloji deyil, həm də sosial, institusional və mədəni transformasiya tələb edir",- o İnformasiya Təhlükəsizliyi jurnalında bildirib.

Azərbaycan son illərdə kibertəhlükəsizlik infrastrukturunu gücləndirmək, süni intellekt və rəqəmsal texnologiyaların təhlükəsiz tətbiqini təmin etmək üçün milli strategiyalar üzərində işləyir. Parlamentin yeni yaradılmış komissiyası xarici müdaxilələr, dezinformasiya və hibrid təhdidlərə qarşı qanunvericilik və institusional mexanizmlərin formalaşdırılmasını hədəfləyir.

Azərbaycanda ikinci dəfə “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) kiberfestivalı keçirilir. Konfransda daxili işlər naziri Vilayət Eyvazov və bir sıra rəsmilər iştirak edir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol