• $
  • £

KOB subyektləri kibertəhlükəsizlik texnologiyalarına kifayət qədər sərmayə qoya bilmir

KOB subyektləri kibertəhlükəsizlik texnologiyalarına kifayət qədər sərmayə qoya bilmir
09.10.2025 11:05

Məhdud resurslar şəraitində fəaliyyət göstərən KOB subyektləri iri müəssisələrlə müqayisədə kibertəhlükəsizlik texnologiyalarına və təlimlərinə kifayət qədər sərmayə qoya bilmir. Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində deyib.

Onun məlumatına görə, bir çox hallarda bu müəssisələr potensial kibertəhlükələrdən xəbərsiz olur ki, bu da “qeyri-dost qüvvələrin” asanlıqla istifadə edə biləcəyi boşluqlar yaradır. 

"Nəticədə, kiçik bizneslərə qarşı kiberhücumlar domino effekti yaradaraq digər KOB-lara, iri şirkətlərə, dövlət qurumlarına və kritik infrastruktura zərər yetirə bilər.KOB-lar üçün effektiv və praktik kibertəhlükəsizlik həllərinin hazırlanması milli iqtisadiyyatın dayanıqlığı baxımından strateji əhəmiyyət kəsb edir. Bu məqsədlə kollektiv yanaşma — yəni, dövlət qurumları, biznes və texnoloji tərəfdaşlar arasında əməkdaşlıq vacib sayılır" ,- Məmmədov deyib


Hazırda keçirilən “Kritik İnfrastrukturun Müdafiəsi – CİDC 2025” tədbiri bu istiqamətdə mühüm platforma rolunu oynayır. 
Sədr həmçinin bildirir ki, agentlik KOB-ların rəqəmsallaşması və rəqəmsal bacarıqlarının artırılması istiqamətində tədbirlər görür.

" 2020–2024-cü illər ərzində bizneslərin proqram təminatı və İKT avadanlıqlarına xərcləri təxminən 2,4 dəfə artaraq illik 370 milyon manatı ötüb. 2023-cü ildə KOB subyektlərinin elmi-tədqiqat xərcləri 18 milyon manatdan çox təşkil edib",- o əlavə edib.

Azərbaycanda ikinci dəfə “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) kiberfestivalı keçirilir. Konfransda daxili işlər naziri Vilayət Eyvazov və bir sıra rəsmilər iştirak edir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol