• $
  • £

Azərbaycanda palçıq vulkanı püskürüb

Azərbaycanda palçıq vulkanı püskürüb
11.10.2025 10:19

11 oktyabr 2025-ci il tarixində saat 08:27-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında püskürmə hadisəsi qeydə alınıb.Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat yayıb.

O bildirib ki, hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, ərazidə müvafiq müşahidələr aparılır.

Eyni zamanda FHN Mətbuat xidmətindən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirilib.

Baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib.

Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür.

Oxşar xəbərlər
Oxşar xəbərlər


Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib
Cəmiyyət 16:39
Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib
Həbsxanalarda evlənənlərin sayı bir ildə 47% azalıb
Cəmiyyət 16:29
Həbsxanalarda evlənənlərin sayı bir ildə 47% azalıb
"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
Cəmiyyət 16:01
"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Azərbaycanın mineral resurs potensialının xəritəsi hazırlanacaq
Cəmiyyət 15:07
Azərbaycanın mineral resurs potensialının xəritəsi hazırlanacaq
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
Cəmiyyət 14:53
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb
Cəmiyyət 14:42
Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb
İlham Əliyev: "Naxçıvanda geoloji kəşfiyyat işlərinə gələn ildən başlanacaq"
Cəmiyyət 14:20
İlham Əliyev: "Naxçıvanda geoloji kəşfiyyat işlərinə gələn ildən başlanacaq"
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
Cəmiyyət 14:16
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"

Özəl tibb müəssisəsi 26 min, direktoru 3 min manat cərimələnib
Cəmiyyət 13:58
Özəl tibb müəssisəsi 26 min, direktoru 3 min manat cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol