• $
  • £

Yelo Bank-ın dəstəyi ilə PR Forum 2025 uğurla keçirildi

Yelo Bank-ın dəstəyi ilə PR Forum 2025 uğurla keçirildi
13.10.2025 15:41

10 oktyabr 2025-ci ildə Finance Time şirkətinin təşkilatçılığı, Yelo Bank-ın dəstəyi ilə yerli kommunikasiya mütəxəssisləri, media nümayəndələri, dövlət və özəl sektor təmsilçilərinin iştirakı ilə PR Forum 2025 baş tutdu.

 

Forumun builki mövzusu çağdaş dövrün ən aktual çağırışlarına – brend etibarı, dezinformasiya və Korporativ Sosial Məsuliyyət (KSM) məsələlərinə həsr olunmuşdu. Tədbir çərçivəsində müasir PR strategiyaları, onların tətbiqi və uğurlu təcrübələr ətrafında peşəkar müzakirələr aparıldı.

 

Tədbirin açılışında Yelo Bank İdarə Heyətinin sədr müavini Günay Cəlilova çıxış edərək qonaqları salamladı. O, PR-ın yalnız “ictimaiyyətlə əlaqələr” kimi deyil, daha geniş mənada kommunikasiya üslubu olduğunu vurğuladı – insanla insan, brendlə insan, hətta keçmişlə gələcək arasında körpü rolunu oynayan bir üslub. Onun sözlərinə görə, belə forumlar həm peşəkarların təcrübə mübadiləsi, həm də gənc mütəxəssislərin inkişafı üçün mühüm platformadır.

 

Forumun əsas panellərində bu mövzular müzakirə olundu:

 

•              Dezinformasiyanın artdığı dövrdə brend etibarını qorumaq yolları

•              Korporativ Sosial Məsuliyyətin şirkət imicinə və cəmiyyətə təsiri

•              Krizis şəraitində effektiv kommunikasiya üsulları

•              Azərbaycandan və dünyadan uğurlu PR kampaniyaları

 

Panel müzakirələrində yerli və xarici PR mütəxəssisləri çıxış edərək, öz sahələrində tətbiq etdikləri strategiyaları və real təcrübələrini bölüşdülər. Forum həmçinin gənc kommunikasiya mütəxəssisləri üçün öyrənmək, şəbəkələşmək və ilham almaq baxımından dəyərli imkan yaratdı.

 

Yelo Bank isə bundan sonra da bilik mübadiləsini, innovativ yanaşmaları və sosial məsuliyyət dəyərlərini gücləndirən layihələri dəstəkləməyi hədəfləyir.

Bank xidmətləri haqqında ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol