• $
  • £

Azərbaycanda təhsilə ayrılan vəsaitin 95 faizi dövlətin payına düşür - Nazir müavini

Azərbaycanda təhsilə ayrılan vəsaitin 95 faizi dövlətin payına düşür - Nazir müavini
14.10.2025 10:46

Azərbaycan hökuməti hər il təhsilə təxminən 4 milyard manat vəsait ayırır, bu da sahəyə yönələn ümumi investisiyaların 95 faizini təşkil edir. Bunu Elm və Təhsil Nazirliyinin müavini İdris İsayev Bakıda keçirilən "Azərbaycanın Dayanıqlı İnkişaf Naminə Təhsilə İnvestisiya" mövzusunda 7-ci DİM dialoqu forumunda bildirib.


İsayevin sözlərinə görə, təhsilə böyük həcmdə dövlət sərmayəsi yatıran ölkələr uzunmüddətli dövrdə müsbət nəticələr əldə edir və Azərbaycan da həmin ölkələr sırasındadır.

“Bizim əsas məqsədimiz təhsilin əlçatanlığını artırmaq, müəllimlərin peşəkarlığını gücləndirmək və nəticəyönümlü investisiya siyasəti həyata keçirməkdir,” –  nazir müavini qeyd edib.

İsayev bildirib ki, investisiyaların böyük qismi əməkhaqlarının maliyyələşdirilməsinə, eləcə də yeni məktəblərin tikintisi və bərpasına yönəldilir.

Nazir müavini əlavə edib ki, ilin sonunadək məktəbəqədər təhsilin əhatə dairəsini 40 faizə çatdırmaq planlaşdırılır. Müqayisə üçün, inkişaf etmiş ölkələrdə bu göstərici təxminən 95 faiz səviyyəsindədir.
Onun sözlərinə görə, təhsil investisiyalarının 15–16 faizi ali təhsil sektoruna, təxminən 50 faizi isə ödənişli təhsil seqmentinə yönəlir.

“Əhatəlilik baxımından göstəricilərimiz artıq inkişaf etmiş ölkələrlə müqayisə oluna biləcək səviyyədədir. Görəcəyimiz işlər çoxdur, amma istiqamət doğrudur,” –  İsayev vurğulayıb.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol