Qazaxıstan Azərbaycanın neft məhsullarını almaqda maraqlıdır
Qazaxıstan Azərbaycanın neft məhsullarının uzunmüddətli idxalı ilə maraqlanır. Bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Azərbaycan–Qazaxıstan hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının iclasında bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında energetika sahəsində strateji tərəfdaşlıq mövcuddur və Qazaxıstan SOCAR və “QazMunayQaz” şirkətləri arasında Xəzərdənkənar marşrut üzrə əməkdaşlığı yüksək qiymətləndirir.
Aytac