• $
  • £

AÇG və "Şahdəniz"dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb


AÇG və "Şahdəniz"dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb
15.10.2025 11:43

Azəri-Çıraq-Günəşli”neft-qaz yataqları bloku (AÇG) və “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən 1 oktyabr 2025-ci il tarixinədək buradan 665,1 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 497,7 milyard kubmetr qaz hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. 


Məlumata görə, hesabat dövründə AÇG-dən 613,6 milyon ton neft, 240 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 51,5 milyon tona yaxın kondensat, 257,7 milyard kubmetr qaz hasil edilib.

"Bu dövrdə 663 milyon ton neft, 185,7 milyard kubmetr qaz ixraca nəql edilib", - məlumatda qeyd olunub.

Azərbaycan təbii qazı “Şahdəniz” yatağından hasil edilərək Cənubi Qafqaz Boru Kəməri (Bakı–Tbilisi–Ərzurum) və TANAP vasitəsilə əvvəlcə Türkiyəyə, daha sonra Avropaya çatdırılır.

Bakı–Tbilisi–Ərzurum kəməri ilə ilk qaz 2007-ci ildə, TANAP vasitəsilə isə Türkiyəyə kommersiya qazının nəqlinə 2018-ci il iyunun 30-da başlanılıb.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol