• $
  • £

ABB səhmdarları 16%-ə yaxın dividend qazana bilərlər

ABB səhmdarları 16%-ə yaxın dividend
qazana bilərlər
16.10.2025 14:07

“ABB 2025-ci ilin 9 ayını 261 milyon manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis mənfəətimizdə 12%-ə yaxın artım var. İlin sonuna qədər mənfəətin daha da artacağı proqnozlaşdırılır. Bankın maliyyə nəticələri ABB səhmdarlarına bu ilin mənfəətindən də yüksək dividend ödənişinə imkan verir”.

Bunu mediaya açıqlamasında ABB-nin İdarə Heyəti sədrinin müavini, Bankın Baş maliyyə inzibatçısı Nəbi Əliyev bildirib.

Onun sözlərinə görə mövcud maliyyə göstəriciləri səhmdarlara cari ilin mənfəətindən təxminən 16%-ə yaxın dividend ödənişinə imkan yaradır. Əgər bu proqnoz özünü doğruldarsa, ABB səhmdarları növbəti ildə də rekord məbləğdə dividend gəliri əldə etmiş olacaqlar.

Nəbi Əliyev bildirib ki, il başa çatdıqdan və ABB-nin 2025-ci il üzrə maliyyə hesabatına kənar auditor rəyindən sonra, Bank menecmenti Səhmdarların Ümumi Yığıncağında dividend ödənişi məsələsinə baxılması üçün təklif verəcək. 

Baş maliyyə inzibatçısının fikrincə, Bankın gəlirliliyindəki pozitiv dinamika səhmlərin qiymətinə də təsir göstərəcək və ABB səhmlərinin bahalaşacağı gözləniləndir. Ötən 1 il ərzində ölkənin kapital bazarında 14 milyon manatdan çox məbləğdə ABB səhmi ticarət edilib. 

Xatırladaq ki, son 7 ildə səhmdarlarına ardıcıl olaraq dividendlər ödəyən ABB 2024-cü il üzrə mənfəətindən səhmdarlarına 200 000 000 manat məbləğində dividend ödənişi edib. Beləliklə, Bankın hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə təxminən 16%-ə yüksəlib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol