• $
  • £

PAŞA Bank Gürcüstanın aktivləri 9,9% azalıb

PAŞA Bank Gürcüstanın aktivləri 9,9% azalıb
16.10.2025 15:17

2025-ci ilin birinci yarısında PAŞA Bank Gürcüstan bankın məcmu aktivləri 387,910 min manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 9,9 faiz azalma deməkdir.Bunu Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə inzibatçısı Murad Süleymanov deyib

"Müştərilərə verilən kreditlərin həcmi 214,585 min manat səviyyəsində olub və əvvəlki dövrlə müqayisədə 0,2 faiz artımdır. Müştərilər qarşısında öhdəliklər 5 faiz azalaraq 228,129 min manat olub. Məcmu kapital isə 5,9 faiz artaraq 77,788 min manata çatıb. Faiz gəlirləri 16,030 min AZN təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artım göstərib. Faiz xərcləri isə 8,239 min manat olub və bu göstərici 18,4 faiz yüksəlib. Qeyri-faiz gəlirləri 4,773 min manat təşkil edib, bu isə 10,4 faiz azalma deməkdir. Qeyri-faiz xərcləri isə 9,437 min manat səviyyəsində olub, ötən illə müqayisədə 20,1 faiz azalıb",- o bildirib.

O əlavə edib ki, hesabat dövrü üzrə xalis gəlir 2,446 min manat olub ki, bu da illik müqayisədə 45,9 faiz artım deməkdir. Bankın ümumi gəliri də eyni faiz nisbətində yüksəlib.

PAŞA Bank Gürcüstan filialında işçi sayı azalıb — 2024-cü ilin iyununda 211 nəfər olan əməkdaş sayı 2025-ci ilin eyni dövründə 186 nəfərə düşüb, bu isə 11,8 faiz azalma deməkdir.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol