• $
  • £

Sahibə Qafarova ICAPP-ın nümayəndə heyəti ilə görüşüb

Sahibə Qafarova ICAPP-ın nümayəndə heyəti ilə görüşüb
16.10.2025 18:53

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 16-da Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin sədri Çunq Eu-yonqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycanın Asiya ölkələri ilə siyasi əlaqələrin inkişafına xüsusi önəm verdiyini deyən spiker Sahibə Qafarova, ICAPP-ın regionda çoxtərəfliliyin, həmrəyliyin mühüm mexanizmi kimi çıxış etdiyini, Asiyada sülhü, təhlükəsizliyi və əməkdaşlığı təşviq edən mühüm platforma olduğunu bildirib.

Söhbət zamanı Yeni Azərbaycan Partiyasının ölkənin hakim partiyası kimi rolu, fəal beynəlxalq əlaqələri haqqında məlumat verilib. YAP-ın Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransında fəal və uğurla təmsil olunmasından məmnunluq ifadə olunaraq, tərəflər arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti qeyd edilib. O cümlədən, YAP-ın təşkilatçılığı ilə Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) Asiya Mədəniyyət Şurasının (ACC) “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusunda 4-cü iclası kimi beynəlxalq tədbirlərin müxtəlif ölkələrin siyasi partiyaları və mədəni qurumları arasında dialoqun gücləndirilməsinə, qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə və ortaq dəyərlər əsasında əməkdaşlığın inkişafına mühüm töhfə verir.

ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq təmsil etdiyi təşkilatın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini deyib və Azərbaycanın hakim partiyası ilə mövcud əlaqələrin inkişafını qeyd edib.

Söhbətdə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və hazırda Azərbaycan Milli Məclisinin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə ICAPP arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, Asiya regionunda parlamentlərarası əlaqələrin genişləndirilməsi və qarşılıqlı anlayışın dərinləşdirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Siyasət 23:58
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol