• $
  • £

“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

“Nar” “Çoox Şanslı” lotereyasına start verdi
17.10.2025 11:58

 

 

Sərfəli mobil operator “Nar” ilsonunda abunəçilərinə sevinc bəxş etmək üçün onları möhtəşəm hədiyyələrlə dolu “Çoox Şanslı” lotereyasına qoşulmağa dəvət edir. 31 dekabra qədər davam edəcək bu xüsusi lotereya çərçivəsində “Nar” istifadəçiləri hər gün “Xiaomi Redmi Note 14 Pro” smartfonu, hər həftə “Haval H6 Ultra” avtomobili və finalda isə “Li L9 Ultra” avtomobilini qazanmaq imkanı əldə edəcəklər.

Lotereyada iştirak etmək çox sadədir – sadəcə balansınızı artırın və ya şans qazandıran “Dəqiqə+” paketlərindən birini aktivləşdirin. Hər balans artımı və ya əlavə şans qazandıran “Dəqiqə+” paketi sizə daha çox qalib olmaq şansı gətirəcək. 1 AZN-dən yuxarı artırılan balans avtomatik olaraq lotereyada iştirak hüququ verir: 1–3.99 AZN arası artırmalarda hər 1 AZN = 1 şans, 4 AZN və daha çox artırmalarda isə hər 1 AZN = 2 şans deməkdir.

Abunəçilər topladıqları şansların sayını və iştirak statuslarını “Nar+” tətbiqi və nar.az veb səhifəsindəki xüsusi lotereya bölməsindən rahatlıqla izləyə bilər.

Qeyd edək ki, “Çoox Şanslı” lotereyasının qalibləri təsadüfi seçimlə müəyyən ediləcək və hədiyyələr canlı yayımda elan olunacaq.

Daha ətraflı məlumat üçün: nar.az/lotereya

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol