• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Misir Mərdanov rəhbərlik etdiyi instituta bina istədi

Misir Mərdanov rəhbərlik etdiyi instituta bina istədi
24.12.2013 11:50

Bu il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda riyaziyyat üzrə 5, mexanika üzrə 2 problem araşdırılıb.

APA-nın verdiyi məlumata görə, bunu bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Texniki Elmləri Bölməsi institut və təşkilatlarının 2013-cü il üçün hesabat iclası çərçivəsində Riyaziyyat və Mexanika İnstitutunun illik hesabatı ilə bağlı çıxışında institutun direktoru Misir Mərdanov söyləyib.

 Misir Mərdanov deyib ki, institutda toksiki maddələrlə (dəm qazı) zəhərlənmələrdə fəsadların aradan qaldırılması üçün monitorinqin aparılmasının təşkilində vasitə, üsul və alqoritmlərin işlənilməsi araşdırılıb. Həmin iş Kibernetika İnstitutu ilə birlikdə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyası ilə bağlanmış müqaviləyə əsasən aparılıb. M. Mərdanov Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının əməkdaşlarına da bu işlə bağlı çıxışa şərait yaradılmasını xahiş edib. O qeyd edib ki, Riyaziyyat və Mexanika İnstitutunda bu il ərzində 8-i elmlər doktoru, 10-u fəlsəfə elmləri doktoru üzrə olmaqla, 18 dissertasiya işi müdafiə edilib. Onların 15 nəfəri (5 elmlər doktoru, 10 fəlsəfə doktoru ) Fizika və Riyaziyyat İnstitutunun əməkdaşları olub. M. Mərdanov nəzərə çatdırıb ki, Riyaziyyat və Mexanika İnstitutu Fizika İnstitutundan sonra xaricdə dərc edilən elmi məqalələr və istinadların sayına görə ikinci yerdə olub: “Biz növbəti il birinci yerdə olmağa çalışacağıq”. M. Mərdanov hazırda İnformasiya Texnologiyaları İnstitutu ilə bir binada (5,6 və 7-ci mərtəbədə) yerləşən Riyaziyyat və Mexanika İnstitutunun ayrıca binasının olmasını da arzu etdiyini deyib. AMEA vitse-prezidenti Akif Hacıyev isə bir zaman Riyaziyyat və Mexanika İnstitutu üçün tikilmiş binanın sonradan bu İnstituta verilməməsindən şikayətlənib. M. Mərdanov Riyaziyyat və Mexanika İnstitutunda Nəsrəddin Tusinin irsinin araşdırılması ilə bağlı iradlara da cavab verib. O bildirib ki, Nizami Gəncəvi kimi bu gün Nəsrəddin Tusini də öz adlarına çıxmağa çalışan ölkələr var: “Buna görə də Riyaziyyat və Mexanika İnstitutunda Nəsrəddin Tusinin irsinin araşdırılır, bununla bağlı beynəlxalq konfranslar keçirilir və mən də bunu çox vacib sayıram”. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev bildirib ki, təcili yardım xidməti səhiyyənin ən ağır sahələrindən biridir. Burada ilkin diaqnozun qoyulması və müalicə xəstənin həyatının xilasında mühüm rol oynayır: “Xəstəyə qoyulan diaqnozun müddətini qısaltmaq və 15 dəqiqəyə çatdırmaq çox vacibdir. Xəstənin dəm qazı ilə ağır zəhərlənməsi zamanı diaqnozda İKT-nin tətbiqi zəruridir. Aparılan araşdırma təcili yardım xidmətində tətbiq olunur. Bu, çox vacib işdir və gələcəkdə respublika miqyasında tətbiq olunacaq. Gələcəkdə də hər bir xəstə barədə elektron baza yaradılacaq. Bu da imkan verəcək ki, həmin şəxsin gələcəkdə sağlamlığını qorumaq mümkün olsun”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
STM dezinfeksiya işlərinə 165 min manata yaxın vəsait xərcləyəcək
Cəmiyyət 11:08
STM dezinfeksiya işlərinə 165 min manata yaxın vəsait xərcləyəcək
Gəncədə dəm qazından zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirilib
Cəmiyyət 10:58
Gəncədə dəm qazından zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirilib
Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi vəzifədən azad edilib
Cəmiyyət 10:45
Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi vəzifədən azad edilib
DİN: İki gündə 105 cinayət açılıb, 86 şübhəli saxlanılıb
Cəmiyyət 10:24
DİN: İki gündə 105 cinayət açılıb, 86 şübhəli saxlanılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 10:11
Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib
MEDİA-nın yaradılmasından beş il ötür
Cəmiyyət 10:05
MEDİA-nın yaradılmasından beş il ötür
"Bitcoin"in qiyməti 92 min dolları ötüb
Cəmiyyət 10:03
"Bitcoin"in qiyməti 92 min dolları ötüb
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Cəmiyyət 10:00
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
FHN: Bir həftədə 213 yanğına çıxış edilib, 8 nəfər ölüb
Cəmiyyət 09:38
FHN: Bir həftədə 213 yanğına çıxış edilib, 8 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol