• $
  • £

MEDİA-da türkiyəli jurnalistlərlə görüş keçirilib

MEDİA-da türkiyəli jurnalistlərlə görüş keçirilib
04.11.2025 14:58

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi və Zəfər Günü münasibətilə Qarabağa və işğaldan azad olunmuş digər torpaqlara səfər etmiş Türkiyənin Qars, Ərzurum və İğdır vilayətlərində fəaliyyət göstərən bir qrup media nümayəndəsi ilə Medianın İnkişafı Agentliyində görüş olub.

Azərbaycanın bir sıra media subyektlərinin nümayəndələrinin də iştirak etdiyi görüşdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qonaqlara Qarabağın işğal dövründə üzləşdiyi dağıntılar və hazırda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesi barədə ətraflı məlumat verib. O vurğulayıb ki, bu gün Qarabağa həyatın qayıdışı Azərbaycan xalqı üçün həm qürur mənbəyi, həm də tarixi hadisədir. Natiq Məmmədli deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə şəhər və kəndlər sürətlə bərpa olunur, müasir yaşayış məntəqələri salınır, sosial infrastruktur yenidən qurulur, bölgənin dayanıqlı inkişafı təmin edilir və bu müstəsna prosesin mediada işıqlandırılması, dünya ictimaiyyətinə çatdırılması xüsusi əhəmiyyət daşıyır.

Agentliyin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov çıxışında bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər təkcə media sahəsində deyil, bütün istiqamətlərdə ən yüksək səviyyəyə yüksəlib. O diqqətə çatdırıb ki, iki ölkə hər zaman bir-birinin yanında olub, bu həmrəyliyin təməlində sarsılmaz qardaşlıq və dostluq dayanır.

Türkiyədən olan media nümayəndələri Azərbaycana səfərləri çərçivəsində işğaldan azad olunmuş ərazilərə, o cümlədən Qarabağ bölgəsinə səfər etdiklərini, orada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yaxından tanış olduqlarını bildiriblər. Onlar Xocalıda şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət etdiklərini qeyd edərək, işğaldan azad olunmuş torpaqlarda qısa müddətdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesini yüksək qiymətləndiriblər. Media nümayəndələri, həmçinin təmsil etdikləri informasiya resurslarında bu prosesin gedişi və əhəmiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə silsilə reportajlar və analitik materiallar hazırlayacaqlarını vurğulayıblar.

Türkiyəli jurnalistlərin Azərbaycana budəfəki səfəri iki ölkə arasında media əlaqələrinin daha da güclənməsinə, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin beynəlxalq mediada geniş işıqlandırılmasına xidmət edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Füzulinin iki kəndində yanğın başlayıb
Cəmiyyət 22:13
Füzulinin iki kəndində yanğın başlayıb
Bakının 8 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:11
Bakının 8 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
Cəmiyyət 19:47
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
Azərbaycan gömrükçüləri 17 ədəd mobil telefon aşkar edib
Cəmiyyət 18:17
Azərbaycan gömrükçüləri 17 ədəd mobil telefon aşkar edib
Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
Cəmiyyət 18:08
Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
AQTA bəzi bitki yağları ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 18:04
AQTA bəzi bitki yağları ilə bağlı xəbərdarlıq edib
Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
Cəmiyyət 17:47
Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
Yeni tədris ilində məktəbli formalarının qiymətləri açıqlanıb
Cəmiyyət 17:12
Yeni tədris ilində məktəbli formalarının qiymətləri açıqlanıb
Tufandağ buzlağının ekosistemində bir sıra dəyişikliklər qeydə alınıb
Cəmiyyət 17:00
Tufandağ buzlağının ekosistemində bir sıra dəyişikliklər qeydə alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol