• $
  • £

"Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - Yenilənib

"Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - Yenilənib
13.08.2026 22:03

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab oyununda Kiyev “Dinamo”sunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ”ın heyətində Jali Muaddib 12-ci dəqiqədə hesabı açıb. Aleksey Kaşuk 69-cu dəqiqədə fərqi iki topa çatdırıb.

Beləliklə, ilk oyunda səfərdə 0:1 hesabı ilə məğlub olan “Qarabağ” iki oyunun nəticəsinə əsasən 2:1 hesabı ilə qalib gələrək pley-off mərhələsinə vəsiqə qazanıb.

Ağdam təmsilçisinin pley-off mərhələsindəki rəqibi “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün qalibi olacaq.

***

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyunu başlayıb.

Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanın baş hakimi ingiltərəli FIFA referisi Stüart Attuelldir.

 

***

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda qarşılaşacaq “Qarabağ” və Ukraynanın “Dinamo” (Kiyev) komandalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Qarabağ”: 23. Martin Zlomisliç, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 20. Kadi Borges.

“Dinamo”: 71. Vyaçeslav Surkis, 5. Aleksey Siç, 40. Kristian Bilovar, 44. Vladislav Dubinçak, 32. Taras Mixavko, 6. Vladimir Brajko, 21. Castin Lonveyk, 15. Valentin Rubçinski, 39. Eduardo Gerreyro, 70. Boqdan Reduşko, 11. Matvey Ponomaryonko.

Qarşılaşma bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Komandalar arasında Polşanın Lublin şəhərində keçirilən ilk oyunda “Dinamo” 1:0 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsgəndər Cavadov fəxri diplomla təltif edilib
İdman 14:10
İsgəndər Cavadov fəxri diplomla təltif edilib

Futbol üzrə Azərbaycan Kubokununpüşkü atılıb
İdman 14:19
Futbol üzrə Azərbaycan Kubokununpüşkü atılıb
AFFA-da yeni təyinatlar
İdman 23:00
AFFA-da yeni təyinatlar
Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
İdman 21:48
Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
"Sabah" "Mançester Yunayted"ə məğlub olub - Yenilənib
İdman 00:53
"Sabah" "Mançester Yunayted"ə məğlub olub - Yenilənib
Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarılıb
İdman 18:09
Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarılıb
"Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
İdman 09:13
"Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək
İdman 19:23
2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək
“Sabah”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb
İdman 15:15
“Sabah”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol