U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Azərbaycanın U-15 millisi Bakıda keçirilən dünya çempionatı və festivalında Haiti yığmasına məğlub olub.
Famil Xəlilovun baş məşqçi olduğu komanda rəqibinə 0:4 hesabı ilə uduzub.
Azərbaycan millisi AF qrupunda əvvəlki oyunlarda Timor-Leste yığmasını 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliya yığmasına 1:3 hesabı ilə uduzub.
Beləliklə, yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.
Turnirdə FIFA-ya üzv assosiasiyaları təmsil edən 189 ölkənin komandaları iştirak edir. Çempionat çərçivəsində ümumilikdə 1 000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulur.
Oktyabrın 30-dək davam edəcək U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində təşkil olunur. Turnirin final oyunu Bakı Kristal Zalında keçiriləcək.