• $
  • £

Çinli ekspert: Beynəlxalq hüququn aliliyi bütün ölkələr üçün eyni şəkildə təmin olunmalıdır

Çinli ekspert: Beynəlxalq hüququn aliliyi bütün ölkələr üçün eyni şəkildə təmin olunmalıdır
05.11.2025 12:44

Çin Sosial Elmlər Akademiyasının dosenti, Lanzhou Universitetinin Özbəkistan Araşdırmaları Mərkəzinin direktor müavini Dr. Liang Zhenpeng beynəlxalq münasibətlərdə hüququn bərabər tətbiqinin vacibliyini vurğulayıb. Bu barədə direktor müavini noyabrın 5-də Bakıda keçirilən XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər — “2025: Konstitusiya və Suverenlik İli” çərçivəsində beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı bildirib. 

O bildirib ki, beynəlxalq hüququn aliliyi istisnasız bütün dövlətlər tərəfindən qəbul edilməlidir.

“Beynəlxalq hüququn aliliyi bütün ölkələr tərəfindən birgə yazılmalıdır. Heç bir istisna olmamalıdır. Əks halda, qlobal ədalət və sabitlik prinsipləri pozulur",  o bildirib.

Dr. Zhenpeng xüsusilə Fələstin münaqişəsinə toxunaraq qeyd edib ki, 2023-cü ilin oktyabrından bəri bu böhran həm intensivliyi, həm də coğrafi miqyası baxımından genişlənib.

“Bu münaqişə təkcə regionda deyil, beynəlxalq təhlükəsizlik sistemində də gərginliyi artırır", o vurğulayıb.

O, həmçinin qlobal istehsal zəncirləri və sosial gərginliklərin əlaqəsini vurğulayıb.

“21-ci əsrdə istehsal və iqtisadi əməkdaşlıq səviyyəsi inkişaf etməkdə olan ölkələri bir-birinə sıx bağlayır. Lakin bu, sosial ziddiyyətlərin, miqrasiya axınlarının və radikal meyllərin artmasına da gətirib çıxarır",  direktor müavini qeyd edib.

Çinli alim bildirib ki, böhranlara cavab vermək üçün beynəlxalq əməkdaşlıq vacibdir və Çin bu prosesdə fəal iştirak edir.

“BMT-nin daimi üzvü kimi Çin beynəlxalq öhdəliklərini yerinə yetirir və qlobal təhlükəsizlik, sabitlik və qarşılıqlı əməkdaşlıq üçün daim çalışır", o əlavə edib.

Dr. Liang Zhenpeng çıxışını ümumi məsuliyyət və birgə fəaliyyət çağırışı ilə yekunlaşdırıb.

“Ölkələrin gələcəyi və qlobal təhlükəsizlik yalnız əməkdaşlıq və qarşılıqlı hörmət üzərində qurula bilər", - Çin rəsmisi deyib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Siyasət 12:04
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol