• $
  • £

Bəzi fotolar var, çəkildi, lakin yayımlanmadı - Müharibəni çəkən fotoqraf/MÜSAHİBƏ

Bəzi fotolar var, çəkildi, lakin yayımlanmadı - Müharibəni çəkən fotoqraf/MÜSAHİBƏ
07.11.2025 16:29

Vətən Müharibəsi zamanı Müdafiə Nazirliyinin hərbi fotoqrafı kimi fəaliyyət göstərən Natiq İsayev cəbhənin müxtəlif istiqamətlərində döyüşləri lentə alıb. O çəkilişlər zamanı rastlaşdığı risklər, yayımlanmayan fotolar və yadda qalan hadisələr barəsində anews.az-a müsahibəsində bildirib. 

İlk foto – gecə saatlarında, səngərdə...

“İlk foto yerləşmə prosesi zamanı çəkildi. Səngərlərə, postlara, texnika yerləşən mövqelərə daxil olurduq. Bu, səhərə yaxın saatlarda baş verirdi. Biz ora mülki jurnalist kimi yox, hərbi müxbir olaraq daxil olmuşduq. Rəhbərliyin əmrinə əsasən bütün döyüşlər əvvəlindən sonuna qədər çəkilməli və işıqlandırılmalı idi. Çəkilişlər iki əsas istiqamətdə həyata keçirilib və texniki hazırlıq əvvəlcədən tamamlanmışdı,” – o bildirib.

 

Ən riskli an - qəzet paylayarkən atəşə tutulduq...

İsayev deyir ki, Füzuli rayonu istiqamətində döyüşlər zamanı əsgərlərə qəzet paylamaq tapşırığı verilmişdi. Qəzetin üz səhifəsində “Qalib Azərbaycan əsgəri” başlıqlı məqalə yer alırdı.

“Qəzetləri aparanda düşmənin atəşinə məruz qaldıq. Qısa müddətdən sonra təhlükəsiz əraziyə çəkildik. Sonradan məlum oldu ki, dayandığımız yerlər hədəfə alınmışdı. Qarşı tərəfin atəşi çox dəqiq idi,” – fotoqraf qeyd edib.

Ordu ruhunu işıqlandırmaq və əbədiləşdirmək əsas məqsəd olub

İsayev bildirir ki, onun əsas məqsədi ordunun döyüş qabiliyyətini və mənəvi ruhunu işıqlandırıb dünyaya çatdırmaq  idi.

“Əsgərlər çətin iqlim şəraitinə baxmayaraq yüksək ruh yüksəkliyi nümayiş etdirirdilər. Hər yeni azad olunan kənd və rayon  döyüşçülərdə motivasiya yaradırdı. Bu qələbə əzmini göstərmək istəyirdim. Fotolar yalnız vizual deyil, sənəd xarakteri daşıyır,” – o əlavə edib.

 

Bəzən kameranı endirib yalnız müşahidə edirdim

“10 kadr çəkəndə əlavə 10-15 anı sadəcə izləyirdim. Bunu atəşin istiqamətini müəyyənləşdirmək üçün edirdim,” – o vurğulayıb.

Təsirli an: ata və oğulun şəhid olması

“Atanın özü hərbçi idi, oğlu isə könüllü olaraq ordu sıralarına qatılmışdı. Onlarla bir saat əvvəl söhbət etmişdim. Bir neçə saat sonra oğulun, bir neçə gün sonra  isə atanın şəhid olduğu xəbərini aldım. Bu an mənim üçün çox təsirli oldu,” – İsayev söyləyib.

Bəzi fotolar çəkildi, amma yayımlanmadı

İsayev qeyd edir ki, müharibədə çəkilən bütün fotolar yayımlana bilməz.

“Bəzi fotoların yayımı hərbi baxımdan riskli idi. Çünki həmin görüntülərdə strateji mövqelər, xəritələr, sənədlər əks olunmuşdu. Belə görüntülər yayımlanmadan əvvəl ciddi filtrdən keçir və bir başa rəhbərliklərin nəzarətində idi. Bəziləri isə ümumiyyətlə paylaşılmadı,” – o qeyd edib.

Tanınma və məhdudiyyətlər

İsayevin fotoları Bakı metropoliteninin " 8 Noyabr" və digər stansiyaları  da daxil olmaqla müxtəlif ictimai məkanlarda nümayiş olunur.

“Müəllif kimi bəzi şəkillərim qeyd olunub, bəziləri isə sadəcə arxiv üçün saxlanılıb. Hərbi xidmət olduğuna görə müəyyən məhdudiyyətlər mövcuddur,” –  o əlavə edib.

Məşhurluq yox, məsuliyyət ön plandadır

“Bəzən insan bir anı çəkib paylaşmaq istəyir, amma bu, hərbi təhlükəsizlik baxımından mümkün olmur. Tanınmaq hərbi fotoqraf üçün  məqsədi deyil", - o bildirib. 

Çəkib dərhal sildiyim fotolar olub...

O etiraf edir ki, döyüş zamanı düşmənə aid sənədlər və xəritələr görüntülərə düşüb. Belə hallarda fotolar  dərhal məxfilik məqsədilə silinib.

 

Ermənistan hərbçiləri ilə qarşılaşmalar

“Qubadlı istiqamətində  Azərbaycan əsgərinin formasını geyinmiş düşmən  qarşımıza çıxdı və bizi səhv istiqamətə yönləndirdi. O bizi pusquya salmaq istəyirdi. Yaxın istiqamətdə hərbçilərimiz olmasaydı, nəticələr fərqli ola bilərdi,” –  o deyib.

Şuşa məscidində qoyun-quzu saxlanılması

İsayevin yadında qalan ən konkret görüntü isə Şuşa məscidində qoyun və quzuların saxlanılması və bir çox tarixi abidələrin məhv edilməsi idi.Bunlar görüntülərdə əks olunub.

“Həm də Vaqifin məqbərəsi, Bülbülün və Natəvanın evləri tamamilə dağılmışdı. Bu mənzərələr müharibənin dağıdıcı təsirini vizual olaraq ortaya qoyurdu,” –  o bildirib.

 

Gülnar Nazimqızı

Materialda yayımlanan fotolar fotoqraf tərəfindən xüsusi olaraq Anews.az təqdim edilib və mətbuatda ilk dəfə yayımlanır.

İstiqamət: 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət 14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Siyasət 14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
Siyasət 12:10
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
Ombudsman artıq ödənilmiş pensiyaların tutulma müddətinin 3 ildən 1 ilə endirilməsini təklif edib
Siyasət 11:28
Ombudsman artıq ödənilmiş pensiyaların tutulma müddətinin 3 ildən 1 ilə endirilməsini təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol