• $
  • £

Hüseynov: Azərbaycan sülh və barış proseslərinin fəal iştirakçısına çevrilib

Hüseynov: Azərbaycan sülh və barış proseslərinin fəal iştirakçısına çevrilib
05.11.2025 16:55

Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət ölkənin regional və qlobal sabitliyə töhfə verən əsas aktorlardan birinə çevrilməsini təmin edib. Bunu Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov  noyabrın 5-də Bakıda keçirilən XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər — “2025: Konstitusiya və Suverenlik İli” çərçivəsində beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Zəfər yolu yalnız hərbi əməliyyat baxımından deyil, həm də peşəkar strateji planlaşdırmanın nümunəsi kimi qiymətləndirilməlidir.

“Azərbaycan Ordusu 2020-ci ildə müharibə aparmaqla yanaşı, siyasi, diplomatik və informasiya cəbhəsində də balanslı və məqsədyönlü fəaliyyət göstərdi. Bu, dövlətin hərbi əməliyyatları sülh strategiyası ilə uzlaşdırmaq bacarığının göstəricisidir", - o deyib.

Hüseynov qeyd edib ki, regiondakı geopolitik reallıqlar Suriya böhranı və daha sonra Qəzza–Həmas müharibəsi ilə dəyişsə də, Azərbaycan bu proseslərə daim barış tərəfdarı mövqedən yanaşıb.

“Yaxın Şərqdə Suriya rejiminin devrilməsindən sonra formalaşan yeni diplomatik kontaktlar Qəzza hadisələrindən sonra da davam edib. Barış masasında artıq Azərbaycan Prezidenti də var idi. Bu, ölkəmizin beynəlxalq nüfuzunun və vasitəçilik imkanlarının göstəricisidir", - Hüseynov deyib. 

Onun fikrincə, Azərbaycanın bu gün apardığı çoxşaxəli xarici siyasət həm regionun təhlükəsizliyinə, həm də qlobal diplomatik əməkdaşlığa töhfə verir.

“Azərbaycan artıq təkcə enerji ixrac edən deyil, həm də sülh ixrac edən ölkədir. Biz həm Qafqazda, həm də daha geniş coğrafiyada sabitliyin təminatçısına çevrilmişik", - o bildirib. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Siyasət 12:04
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol