• $
  • £

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
05.11.2025 18:40

Noyabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliyi və s. istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq platformaları və alətləri üzrə danışıqların əhəmiyyəti diqqətə çatdırılıb.

İki tərəf arasında yüksək səviyyədə təmasların və son aylarda keçirilmiş dialoqların məmnunluq doğurduğu, bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Xüsusi nümayəndə Vaşinqton Zirvə görüşü çərçivəsində əldə edilmiş nailiyyətlərə dəstək verilməsi istiqamətində Avropa İttifaqının hazırlığını ifadə edib.

Nazir Ceyhun Bayramov, öz növbəsində Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə əldə olunan irəliləyişlər və perspektivlər barədə qarşı tərəfə məlumat verib, Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Siyasət 12:04
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol