• $ 1.7
  • € 2.013
  • ₽ 0.022112
  • ₺ 0.0389
  • £ 2.314

Azərbaycanda vətəndaşa verilən sənədləri süni intellekt hazırlayacaq

Azərbaycanda vətəndaşa verilən sənədləri süni intellekt hazırlayacaq
05.11.2025 22:52

Azərbaycanda süni intellekt dövlət qurumlarının informasiya sistemlərinə inteqrasiya olunaraq vətəndaşın sənədlərini avtomatik hazırlayacaq.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Data İdarəolunması Departamentinin direktoru Kamran Ağayev Bakıda keçirilən “StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu 2025” tədbirində bildirib.

Onun sözlərinə görə, süni intellekt sisteminin inkişafı nəticəsində o, gələcəkdə agent əsaslı rəqəmsal məsləhətçi platformasına çevriləcək: “Gələcəkdə bu platforma vətəndaşlara həyat hadisələri – doğum, nikah, ölüm kimi proseslərdə yardım edəcək. Məsələn, uşaq doğulduqda vətəndaş yalnız bir dəfə məlumat təqdim edəcək, süni intellekt isə arxa planda bütün dövlət qurumları ilə əlaqə yaradaraq lazımi sənədləri avtomatik şəkildə hazırlayacaq”.

Ağayev əlavə edib ki, bu yanaşma dövlət xidmətlərinin avtomatlaşdırılmasını və vətəndaş məmnuniyyətinin artırılmasını təmin edəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Telegram” kanalları kütləvi surətdə bloklanır
Texnologiya 21:20
“Telegram” kanalları kütləvi surətdə bloklanır
“X”in fəaliyyətində problem yaranıb
Texnologiya 18:29
“X”in fəaliyyətində problem yaranıb
Nazir: rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir
Texnologiya 17:33
Nazir: rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
Texnologiya 21:03
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
"X"in fəaliyyəti bərpa olunub - Yenilənib
Texnologiya 20:29
"X"in fəaliyyəti bərpa olunub - Yenilənib
DTX: Kritik informasiya infrastrukturu üzrə yoxlamalarda uyğunsuzluqlar aşkarlanıb
Texnologiya 09:15
DTX: Kritik informasiya infrastrukturu üzrə yoxlamalarda uyğunsuzluqlar aşkarlanıb
Dövlət Xidməti “Telegram” və “WhatsApp”la bağlı araşdırmalar aparır
Texnologiya 18:23
Dövlət Xidməti “Telegram” və “WhatsApp”la bağlı araşdırmalar aparır
Bu gün ilk iPhone-un yaranmasından 19 il ötür
Texnologiya 14:20
Bu gün ilk iPhone-un yaranmasından 19 il ötür
Britaniya X şəbəkəsini bağlamağı nəzərdən keçirir
Texnologiya 11:34
Britaniya X şəbəkəsini bağlamağı nəzərdən keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol