• $
  • £

1,7 hektar torpaq fermerin gəlir götürməsi üçün yetərli deyil — Nazir

1,7 hektar torpaq fermerin gəlir götürməsi üçün yetərli deyil — Nazir
13.11.2025 14:17

 

Azərbaycan kənd təsərrüfatında xırda torpaq sahələri fermer gəlirlərini məhdudlaşdırır. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov parlamentdə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, hazırda ölkədə bir fermerin payına orta hesabla 1,7 hektar torpaq düşür və bu sahə ilə ailəni ilboyu təmin etmək mümkün deyil.

“1,7 hektar torpaqla stabil gəlir götürmək real deyil. Hesablamalar göstərir ki, fermerin illik minimum gəlir əldə etməsi üçün orta hesabla 9 hektara ehtiyac var,” — Məmmədov deyib.

Onun fikrincə, torpaq sahələrinin kiçik olması kənd təsərrüfatında gəlirliliyi aşağı salır və fermerləri alternativ məşğulluq imkanlarına yönəldir.

Nazir bildirib ki, bu səbəbdən nazirliyin əsas prioriteti məhsuldarlığın artırılması və daha çox əlavə dəyər yaradan bitkilərin əkini ilə sahələrin genişləndirilməsidir. Son illərdə dənli bitkilərin payı azalaraq meyvəçilik sahəsinə üstünlük verilib. Son beş ildə yeni meyvə bağlarının sahəsi 30 min hektardan 40 min hektara yüksəlib.

Məmmədov qeyd edib ki, kənd əhalisinin yalnız əkinçiliklə məşğul olması yanaşmasından uzaqlaşmaq lazımdır və regionlarda sənaye, logistika, turizm kimi sahələr üzrə alternativ iş imkanları yaradılmalıdır.

Fermerlərin bazara çıxışında kooperativləşmənin vacibliyini vurğulayan nazir deyib ki, birləşmə məhsulun toplanmasını və satışını daha səmərəli edir. Dövlət isə bunun üçün logistika mərkəzləri, saxlanc və soyuducu depolar kimi infrastruktur yaratmağı davam etdirəcək.

Nazir əlavə edib ki, işçi başına məhsuldarlığa görə Azərbaycan həm Türkiyə, həm də Ermənistanı qabaqlayır. Buna baxmayaraq, daha böyük inkişaf potensialının olduğunu bildirib.

Hazırda aqrar sektorda bir işçi 2 600 dollar dəyər yaradır, halbuki inkişaf etmiş aqrar ölkələrdə bu göstərici 80–90 min dollardır.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Könül Həmzəyeva saxlanılıb
Cəmiyyət 23:09
Könül Həmzəyeva saxlanılıb
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Cəmiyyət 22:26
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Cəmiyyət 21:46
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Ramazanın iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:29
Ramazanın iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Tiktoker “Şiva” həbs edilib
Cəmiyyət 19:15
Tiktoker “Şiva” həbs edilib
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Cəmiyyət 18:04
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

Azər Qasımlıya 12 il həbs cəzası verilib
Cəmiyyət 16:33
Azər Qasımlıya 12 il həbs cəzası verilib

Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Cəmiyyət 15:56
Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Cəmiyyət 15:35
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol