• $
  • £

Leyla Əliyeva sərgi müsabiqəsində FOTOLAR

Leyla Əliyeva sərgi müsabiqəsində FOTOLAR
29.05.2020 01:06

Dekabrın 21-də Heydər Əliyev Mərkəzinin yeni layihəsi - "KÜKNAR" beynəlxalq incəsənət sərgisi və müsabiqəsi reallaşdırılıb.

ANS PRESS-in məlumatına görə, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Tədbir iştirakçıları "KÜKNAR" beynəlxalq incəsənət sərgisi ilə tanış olublar.

Sonra tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov açıb: "Biz Azərbaycan və əcnəbi sənətkarlar arasında "Küknar" müsabiqəsini elan etdik. Gördüyünüz kimi, bu gün 18 əsər Heydər Əliyev Mərkəzinin parkında təqdim olunub. Bu əsərlər müasir incəsənət formasında həm şəhərimizin qonaqları, həm də sakinlərinə təqdim olunur. Bu layihədə iştirak edən hər bir rəssama, heykəltəraşa, xüsusilə də bu layihəni dəstəkləyən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığımı bildirirəm.

Bununla yanaşı, biz bu gün qərar qəbul etdik ki, növbəti layihələrdən birini elan edək. Bu, Novruz bayramı ərəfəsində keçiriləcək "Səməni" Müasir İncəsənət Festivalıdır. Bu festival ərzində bizim heykəltəraşlar, sənətkarlar öz əsərlərini Mərkəzdə təqdim edəcəklər".

Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov bu müsabiqəni reallaşdırdığı üçün Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib: "Əminəm ki, bu, ilk müsabiqə deyil və davamlı olacaq". Onun sözlərinə görə, belə incəsənət əsərlərinin olması Heydər Əliyev Mərkəzinin görünüşünə əlavə yaraşıq verəcək.

Yeni il ərəfəsində həyata keçirilən bu layihənin məqsədi Azərbaycanda mədəniyyət və incəsənətin inkişafına töhfə verməklə yanaşı, həm də Bakı sakinlərinə bayram ovqatı yaşatmaq olub.

Müxtəlif ölkələrdə fərqli adət-ənənələrlə qeyd olunsa da, dinindən, dilindən, mənsub olduğu mədəniyyətdən asılı olmayaraq bütün insanlar Yeni ili eyni ümidlərlə - yeni uğurlar, xoşbəxtlik diləyi, arzusu ilə qarşılayır. Bayramın rəmzi olan bəzədilmiş küknar ağacı isə həm də bu diləklərin ölməzliyini ifadə edir. İnsanların Yeni il ağacının dövrəsində şənlənməsi bir növ xoş gələcəyə olan arzular ətrafında birləşmənin əlamətidir.

Heydər Əliyev Mərkəzi Azərbaycanın mədəniyyət və incəsənət xadimlərini, sənətsevərləri, paytaxt sakinlərini 18 qeyri-adi küknarın ətrafında toplayıb. Heydər Əliyev Mərkəzinin parkında quraşdırılmış bu unikal, fərqli tərtibatlı Yeni il ağacları 18 heykəltəraş və rəssamın - onlar arasında tanınmış sənətkarlarla yanaşı, gənclər də var - əsərləridir.

İki aya yaxın davam edən incəsənət müsabiqəsində rəssam və heykəltəraşların eskizləri əsasında hər birinin hündürlüyü 3 metrdən çox olan qeyri-adi formalı küknarlar hazırlanıb. Soyuğa və istiyə davamlı müxtəlif materiallardan hazırlanan bu ağaclar rəssamlar tərəfindən dizayn edilərək bəzədilib.

Müsabiqənin qalibi Heydər Əliyev Mərkəzinin parkına toplaşmış seyrçilərin səsverməsi ilə müəyyənləşib. Qaydalara əsasən, sərgilənən əsərlər nömrələnib. Hər bir tamaşaçı 3 səsvermə vərəqindən istifadə etmək hüququna malik olub. İzləyicilər onlara təqdim olunan səsvermə vərəqində bəyəndiyi əsərin nömrəsini qeyd edib. Bir şəxs ona təqdim olunan 3 səsvermə vərəqində 3 eyni əsərin və ya müxtəlif əsərlərin nömrəsini yazıb.

Toplanan səslərə əsasən, qalib əsər və 2-ci, 3-cü yerlərin sahibləri müəyyən olunub. Birinci yeri Fərəc Rəhmanov, ikinci yeri Novruz Məmmədov, üçüncü yeri isə Camiddin Murtuzəliyev tutublar. Qaliblərə diplom və pul mükafatları təqdim olunub.

"KÜKNAR" Beynəlxalq İncəsənat Müsabiqəsinin ilk iştirakçılarının əsərləri 2014-cü il martın 1-dək Heydər Əliyev Mərkəzinin parkında sərgilənəcək.

ANS PRESS
Oxşar xəbərlər
Oxşar xəbərlər
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Mədəniyyət 18:27
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
İstanbulun məşhur abidələrindən kənarda: Yedikule və Samatyanın gizli irsi -FOTOLAR
Mədəniyyət 12:49
İstanbulun məşhur abidələrindən kənarda: Yedikule və Samatyanın gizli irsi -FOTOLAR
Türkiyənin 29-cu “Sakit Şəhəri”: Kapadokiyanın Ortahisarı Cittaslow şəbəkəsinə qoşuldu
Mədəniyyət 12:47
Türkiyənin 29-cu “Sakit Şəhəri”: Kapadokiyanın Ortahisarı Cittaslow şəbəkəsinə qoşuldu
"Sonsuz dəhliz” filminin əsl müəllifi kimdir?
Siyasət 13:51
"Sonsuz dəhliz” filminin əsl müəllifi kimdir?
Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olunub
Mədəniyyət 20:00
Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol