• $
  • £

Ağdaşda iki həkim hərbi xidmətə yararsız gənci yararlı kimi sənədləşdirdiyi üçün cərimələnib

Ağdaşda iki həkim hərbi xidmətə yararsız gənci yararlı kimi sənədləşdirdiyi üçün cərimələnib
14.11.2025 11:38

Ağdaş Rayon Məhkəməsi noyabr ayında iki həkimi hər biri 2 min manat cərimə ilə cəzalandırıb. Həkimlər çağırışçı S.Behbudovun (2006-cı il təvəllüdlü) “Öd kisəsinin polipozu” diaqnozunu nəzərə almayaraq onu hərbi xidmətə yararlı kimi sənədləşdiriblər. Bu barədə Qafqazinfo məlumat verib. 

19 yaşlı gənc Cəbrayıldakı hərbi hissədə xidmətə başlayıb, lakin kəskin ağrılar səbəbindən Dövlət Sərhəd Xidmətinin hospitalında bir ay müalicə olunub. Bu ilin yanvarında S.Behbudov “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək Silahlı Qüvvələrdən tərxis olunub.

İşə səbəb olan həkimlər Ağdaş Rayon Mərkəzi Xəstəxanasının şüa diaqnostikası üzrə həkimi S.K (1960) və həkim-terapevt M.M (1954) olub. Onlara Cinayət Məcəlləsinin 314.1-ci maddəsi – səhlənkarlıq üzrə iş açılıb.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
Cəmiyyət 12:26
Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
Prezident müşavirə keçirib
Cəmiyyət 12:03
Prezident müşavirə keçirib
Azərbaycanda müəssisələr ətraf mühitə təsirlərinə dair illik hesabat təqdim edə bilər
Cəmiyyət 11:52
Azərbaycanda müəssisələr ətraf mühitə təsirlərinə dair illik hesabat təqdim edə bilər
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Cəmiyyət 11:46
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Gecə tikinti işləri ilə bağlı sakinlərin şikayətləri artır - deputat
Cəmiyyət 11:39
Gecə tikinti işləri ilə bağlı sakinlərin şikayətləri artır - deputat
Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
Cəmiyyət 11:29
Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
Bakıda tozlu hava müşahidə olunur
Cəmiyyət 11:18
Bakıda tozlu hava müşahidə olunur

FHN: Bakı Konqres Mərkəzində yanğın hadisəsi qeydə alınmayıb
Cəmiyyət 11:12
FHN: Bakı Konqres Mərkəzində yanğın hadisəsi qeydə alınmayıb
Sabahdan Fomula 1-ə görə 5 məktəbdə tədris onlayn təşkil ediləcək
Cəmiyyət 11:07
Sabahdan Fomula 1-ə görə 5 məktəbdə tədris onlayn təşkil ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol