• $
  • £

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 mlrd. dolları ötüb

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 mlrd. dolları ötüb
17.11.2025 17:12

2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard 152.3 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.3% və ya 209.9 milyon ABŞ dolları çoxdur. Bu barədə Dövlət  Gömrük Komitəsi məlumat yayıb.

Hesabat dövründə Azərbaycandan Rusiyaya ixrac 0.4% artaraq 975 milyon 883 min dollara, Rusiyadan Azərbaycana ixrac isə 7% artaraq 3 milyard 176.4 milyon dollara bərabər olub.

Bu dövrdə Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdə qərarlaşıb. Belə ki, cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan Rusiyaya 968 milyon 946 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Bu dövrdə Azərbaycandan Rusiyaya əsasən meyvə-tərəvəz (pomidor, kartof, alma, meşə fındığı, albalı, çiyələk, xurma və sair) meyvə şirələri, kərə yağı, ilkin formalı propilen sopolimerləri, ilkin formalı polipropilen və başqa məhsullar ixrac edilib.

 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi, ölkənin ümumi ticarət dövriyyəsinin 10.2%-nə bərabər olub.

Cari ilin 10 ayında Azərbaycanın ümumi ixracı 21 milyard 636.8 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 2 milyard 987.8 milyon ABŞ dolları təşkil edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol