Bakıda baş verən qəza üzündən Sumqayıta hərəkət məhdudlaşıb
Bakının Binəqədi rayonunda, Moskva prospektində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən Sumqayıt istiqamətinə nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb. Bu barədə Mərkəzi İntellektual Nəqliyyat İdarəetmə Mərkəzi məlumat verib.
Qəza tunelə girişdə qeydə alındıqdan sonra həmin istiqamətdə hərəkət bağlanıb. Polis və FHN əməkdaşları hadisə yerindədir və hərəkətin bərpası üçün tədbirlər görürlər.
Son xəbərlər
Daha çox