• $
  • £

Bu il 185 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb



Bu il 185 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
19.11.2025 14:26

2025-ci ilin yanvar-oktyabrında Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1201,5 hektar sahədən yaş kütləsi 304 ton 762 kq olan 2 600 707 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.

Qanunsuz dövriyyədən çıxarılmış 7 ton 263 kq 229,113 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 185 milyon 166 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4687 nəfər cəlb edilmiş, onlardan 4545 kişi, 142 qadın olmuşdur.
Məsuliyyətə cəlb edilmiş 84 xarici ölkə vətəndaşından ümumilikdə 936 kq 499,874 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qr çətənə bitkisi götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 212 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 087 kq 262,033qr və 10 506 həb metadon narkotik vasitə və psixotrop maddə, 13194 ədəd həb və 5,7 qr güclü təsir edən maddə çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 251 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 348 kq 977,374 qr nakotik vasitə, psixotrop maddə maddə və 36 qr güclü təsir edən maddə müsadirə edilmişdir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan gömrükçüləri 17 ədəd mobil telefon aşkar edib
Cəmiyyət 18:17
Azərbaycan gömrükçüləri 17 ədəd mobil telefon aşkar edib
Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
Cəmiyyət 18:08
Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
AQTA bəzi bitki yağları ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 18:04
AQTA bəzi bitki yağları ilə bağlı xəbərdarlıq edib
Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
Cəmiyyət 17:47
Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
Yeni tədris ilində məktəbli formalarının qiymətləri açıqlanıb
Cəmiyyət 17:12
Yeni tədris ilində məktəbli formalarının qiymətləri açıqlanıb
Tufandağ buzlağının ekosistemində bir sıra dəyişikliklər qeydə alınıb
Cəmiyyət 17:00
Tufandağ buzlağının ekosistemində bir sıra dəyişikliklər qeydə alınıb
Şahbuzun bəzi küçələrində elektrik enerjisi müvəqqəti dayandırılacaq
Cəmiyyət 16:43
Şahbuzun bəzi küçələrində elektrik enerjisi müvəqqəti dayandırılacaq
Beynəlxalq axtarışda olan şəxs Moldovadan Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 16:14
Beynəlxalq axtarışda olan şəxs Moldovadan Azərbaycana ekstradisiya edilib
Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq
Cəmiyyət 16:11
Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol