"Qarabağ" və "Dinamo"nun start heyətləri açıqlanıb
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda qarşılaşacaq “Qarabağ” və Ukraynanın “Dinamo” (Kiyev) komandalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
“Qarabağ”: 23. Martin Zlomisliç, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 20. Kadi Borges.
“Dinamo”: 71. Vyaçeslav Surkis, 5. Aleksey Siç, 40. Kristian Bilovar, 44. Vladislav Dubinçak, 32. Taras Mixavko, 6. Vladimir Brajko, 21. Castin Lonveyk, 15. Valentin Rubçinski, 39. Eduardo Gerreyro, 70. Boqdan Reduşko, 11. Matvey Ponomaryonko.
Qarşılaşma bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Komandalar arasında Polşanın Lublin şəhərində keçirilən ilk oyunda “Dinamo” 1:0 hesabı ilə qalib gəlib.
Son xəbərlər
Daha çox