• $
  • £

AZAL və “Viasat” təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzalayıb

AZAL və “Viasat” təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzalayıb
19.11.2025 15:40

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) sərnişinlərə tezliklə yüksəksürətli, videoyayıma uyğun bortdaxili “Wi-Fi” xidməti təqdim edəcək. AZAL peyk rabitəsi sahəsində qlobal lider olan “Viasat Inc.” şirkəti ilə bu istiqamətdə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.

AZAL-dan verilən məlumata görə, saziş dünyanın ən böyük aviasiya tədbirlərindən biri olan “Dubai Airshow 2025” çərçivəsində AZAL-ın prezidenti Samir Rzayev və “Viasat”ın aviasiya üzrə prezidenti Don Bakman tərəfindən imzalanıb. Bu əməkdaşlığın məhz beynəlxalq aviasiya sənayesinin əsas platformalarından birində rəsmiləşdirilməsi AZAL-ın innovativ texnologiyaların tətbiqi və rəqəmsal xidmətlərin genişləndirilməsi strategiyasına sadiqliyini nümayiş etdirir.

Tərəfdaşlıq çərçivəsində AZAL-ın parkına daxil ediləcək 20 yeni təyyarə (“Airbus A320” ailəsi və uzunməsafəli “Boeing 787-9 Dreamliner”) “Viasat Amara” yüksəksürətli sistemi ilə təchiz olunacaq. “Viasat Amara” yeni nəsil peyk şəbəkəsi, müasir avadanlıq və rəqəmsal həllər əsasında sərnişinlərə sabit, sürətli və videoyayıma imkan verən internet bağlantısı təmin edir.

Yüksəksürətli “Wi-Fi” ilə yanaşı, tərəfdaşlıq çərçivəsində simsiz bortdaxili əyləncə platforması da istifadəyə veriləcək. Sərnişinlər şəxsi cihazlarından istifadə edərək geniş multimedia məzmununa çıxış əldə edə biləcəklər. Yeni sistem artıq AZAL-ın bu il istismara verdiyi iki “Airbus A320neo” təyyarəsində quraşdırılıb.

“Viasat” ilə əməkdaşlıq AZAL üçün bortdaxili xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm mərhələdir. Sazişin “Dubai Airshow” çərçivəsində imzalanması layihənin beynəlxalq əhəmiyyətini və innovasiyaya sadiqliyimizi vurğulayır. Yüksəksürətli “Wi-Fi”ın tətbiqi sərnişinlərimizə daha yüksək komfort və fasiləsiz bağlantı imkanı yaradacaq,” - deyə AZAL-ın prezidenti Samir Rzayev bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 11:45
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yağıntılı hava davam edir, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
Cəmiyyət 11:15
Yağıntılı hava davam edir, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
Ağsuda qadını öldürüb meyitini otlaq sahəyə aparan şəxslər həbs ediliblər
Cəmiyyət 10:50
Ağsuda qadını öldürüb meyitini otlaq sahəyə aparan şəxslər həbs ediliblər
“Sədərək” ticarət mərkəzini su basdı – Video
Cəmiyyət 10:00
“Sədərək” ticarət mərkəzini su basdı – Video
Qatarların qrafikində qismən kənara çıxma halları ola bilər - ADY
Cəmiyyət 09:45
Qatarların qrafikində qismən kənara çıxma halları ola bilər - ADY
Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən onlarla insan təxliyə edilib - Video - Yenilənib
Cəmiyyət 08:49
Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən onlarla insan təxliyə edilib - Video - Yenilənib
Balakəndə iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:08
Balakəndə iki avtomobil toqquşub, xəsarət alanlar var
ADSEA intensiv yağışlarla əlaqədar gücləndirilmiş iş rejimində çalışır
Cəmiyyət 21:10
ADSEA intensiv yağışlarla əlaqədar gücləndirilmiş iş rejimində çalışır
Hava şəraiti ilə əlaqədar Bakının icra hakimiyyətləri gücləndirilmiş iş rejimində çalışır
Cəmiyyət 20:42
Hava şəraiti ilə əlaqədar Bakının icra hakimiyyətləri gücləndirilmiş iş rejimində çalışır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol