Kamran Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Baş prokuror Kamran Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Kamran Əliyev həmin ordenə Azərbaycanın prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.