Məktəblərdə tibbi və psixoloji xidmətlərin təşkilinə ehtiyac var Deputat
Məktəbəqədər təhsil müəssisələrinin sayının artırılmasına ehtiyac var. Bunu Mili Məclisin deputattı Hicran Hüseynova deyib.
Hüseynova çıxışında həmçinin bu günün Ümumdünya İnsan Hüquqları Günü olduğunu xatırladaraq uşaq hüquqlarının prioritet olduğunu vurğulayıb.
“Uşaq xalqın ən böyük sərvətidir. Onların müdafiəsi bizim əsas vəzifəmizdir. Məktəbəqədər təhsil müəssisələrinin sayının artırılmasına ehtiyac var; Uşaqların inkişafı üçün tibbi və psixoloji xidmətlərin gücləndirilməsi vacibdir", - o bildirib.
O, əlavə edib ki, uşaqların erkən yaşdan sağlam, təhlükəsiz və psixoloji baxımdan dayanıqlı mühitdə böyüməsi üçün kompleks tədbirlər həyata keçirilməlidir.
Gülnar Nazimqızı