• $
  • £

Robotik Reabilitasiya Mərkəzi dünya səviyyəli texnoloji avadanlıqlarla təchiz edilib

Robotik Reabilitasiya Mərkəzi dünya səviyyəli texnoloji avadanlıqlarla təchiz edilib
20.11.2025 13:06

Yeni Robotik Reabilitasiya Mərkəzinə dünya səviyyəli texnoloji avadanlıqlarla təchiz edilib.  Bunu TƏBİB icraçı direktor müşaviri Pərvin Əkbərov  bildirib.

“Mərkəzin məqsədi xəstələrin funksional bərpa potensialını maksimum artırmaq, müalicə prosesini sürətləndirmək və yüksək keyfiyyətli multidissiplinar tibbi xidmət modelini yaratmaqdır. Mərkəz həmçinin regionda təlim, tədqiqat və klinik innovasiyalar üzrə referans mərkəzinə çevrilməyihədəfləyir”,-o vurğulayıb.

O əlavə edib ki, mərkəz qlobal tərəfdaşlarla əməkdaşlıq çərçivəsində innovativ texnologiyaların tətbiqini genişləndirməyi, fizioterapiya və tibbi reabilitasiya üzrə kadr hazırlığına töhfə verməyi planlaşdırır. 

“Post-insult, kəllə-beyin travmaları və pediatrik reabilitasiya sahəsində yeni yanaşmaların tətbiqi də vacib istiqamətlərdən biri olacaq. Yeni Reabilitasiya Mərkəzi dünya səviyyəli texnoloji avadanlıqlarla təchiz edilib. Bunlara Robotik lokomasiya və yuxarı ətraf reabilitasiya sistemləri, 3D hərəkət analizi, Balans və koordinasiya ölçmə cihazları, Süni intellekt əsaslı diaqnostika və qiymətləndirmə sistemləri daxildir. Bundan əlavə, mərkəz beynəlxalq təlimlər, sertifikat proqramları və elmi-tədqiqat layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.

Yeni  Reabilitasiya Mərkəzində həm ambulator, həm də stasionar müalicə xidmətləri mövcuddur.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 11:45
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yağıntılı hava davam edir, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
Cəmiyyət 11:15
Yağıntılı hava davam edir, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
Ağsuda qadını öldürüb meyitini otlaq sahəyə aparan şəxslər həbs ediliblər
Cəmiyyət 10:50
Ağsuda qadını öldürüb meyitini otlaq sahəyə aparan şəxslər həbs ediliblər
“Sədərək” ticarət mərkəzini su basdı – Video
Cəmiyyət 10:00
“Sədərək” ticarət mərkəzini su basdı – Video
Qatarların qrafikində qismən kənara çıxma halları ola bilər - ADY
Cəmiyyət 09:45
Qatarların qrafikində qismən kənara çıxma halları ola bilər - ADY
Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən onlarla insan təxliyə edilib - Video - Yenilənib
Cəmiyyət 08:49
Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən onlarla insan təxliyə edilib - Video - Yenilənib
Balakəndə iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:08
Balakəndə iki avtomobil toqquşub, xəsarət alanlar var
ADSEA intensiv yağışlarla əlaqədar gücləndirilmiş iş rejimində çalışır
Cəmiyyət 21:10
ADSEA intensiv yağışlarla əlaqədar gücləndirilmiş iş rejimində çalışır
Hava şəraiti ilə əlaqədar Bakının icra hakimiyyətləri gücləndirilmiş iş rejimində çalışır
Cəmiyyət 20:42
Hava şəraiti ilə əlaqədar Bakının icra hakimiyyətləri gücləndirilmiş iş rejimində çalışır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol