Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürülüb
Noyabrın 22-də saat 22 radələrində Mingəçevir şəhərində 2008-ci il təvəllüdlü E.Sarıyev kəsici alətlə qətlə yetirilib.Bu barədə “Qafqazinfo” xəbər verir.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.