FHN: Ötən həftə 252 yanğın olub, 6 nəfərin meyiti tapılıb
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ötən həftə ölkə üzrə 252 yanğın, 30 xilasedilmə, 3 yol-nəqliyyat qəzası, 1 partlayış və 1 uçqun faktına müdaxilə edib.
Nazirlik açıqlamasında bildirib ki, fərqli hadisələr zamanı 6 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Həftə ərzində FHN-in qüvvələri tərəfindən 70 nəfər (o cümlədən 13 azyaşlı) xilas edilib, 93 nəfər (o cümlədən 12 azyaşlı) təxliyə olunub.
Nazirlik yanğınların operativ söndürüldüyünü və həyata keçirilmiş tədbirlərin insanların həyatının xilas edilməsinə şərait yaratdığını açıqlayıb.
Son xəbərlər
Daha çox