• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Kənan Kərimzadə: Son iki ildə 10 400 xarici dil müəllimi sertifikatlaşdırılıb




Kənan Kərimzadə: Son iki ildə 10 400 xarici dil müəllimi sertifikatlaşdırılıb
24.11.2025 14:40

Son iki ildə Elm və Təhsil Nazirliyi təxminən 10 400 xarici dil müəlliminin sertifikatlaşdırılmasını həyata keçirib. Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

 "Bu müəllimlərin 86%-i çox böyük uğurla bu imtahanlardan keçiblər. Təqribən 40% müəllimin əməkhaqqısı 35% artıb, 45% müəllimin əməkhaqqısı isə 10% əlavə köçürülüb. Təhsildə ingilis dili ilə bağlı miqyas problemimiz yoxdur. Keyfiyyətlə bağlı müəyyən problemlər olsa da, lakin hesab edirik ki, gələcək dövrlərdə bu yöndə tədbirlərimizi daha da gücləndirəcəyik",-müavin bp və tərəfdaşlarının “Məktəblilər üçün yeni rəqəmsal ingilis dili öyrənmə mənbəyi” layihəsinin təqdimatında çıxışı zamanı deyib.

Nazir müavini əlavə edib ki, son 3 ildə hər il 500 ən işıqlı gənc dünyanın ən nüfuzlu universitetlərinə göndərilir.

"Tərəfimizdən 3 il ard-arda hər il həmin gənclərdən 150-si məhz dünyanın TOP-10 universitetlərinə qəbul olur", -Kərimzadə vurğulayıb.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Cəmiyyət 18:50
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Cəmiyyət 18:06
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Cəmiyyət 17:25
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
MEDİA: Sosial media platformalarında Azərbaycandan Körfəz ölkələrinə raket atılması iddiaları əsassızdır
Cəmiyyət 15:44
MEDİA: Sosial media platformalarında Azərbaycandan Körfəz ölkələrinə raket atılması iddiaları əsassızdır
Müəllimlərin yerdəyişməsi üzrə elektron müraciətlərin qəbulu tarixləri açıqlanıb
Cəmiyyət 15:21
Müəllimlərin yerdəyişməsi üzrə elektron müraciətlərin qəbulu tarixləri açıqlanıb
Gələn həftədən məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır
Cəmiyyət 14:50
Gələn həftədən məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır
Bozdağ-Güzdək vulkanı püskürüb
Cəmiyyət 14:10
Bozdağ-Güzdək vulkanı püskürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol