• $
  • £

“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ

“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
25.11.2025 08:33

 Paytaxtın “Bayır şəhər” kimi tanınan ərazisində yerləşən yaşayış binalarının sökülməsi nəticəsində Bakının tarixi simasına nə dərəcədə ziyan dəyir? Bir neçə il əvvəl hökumət bu ərazidəki küçə və evlərinin bərpasına xeyli vəsait xərcləmişdi.

Adama elə gəlirdi ki, qorunan obyektlərin reyestrinə daxil edilmiş memarlıq abidələrinin çox olduğu bu ərazini qorumaq qərara alınıb. Lakin bir neçə ay əvvəl mətbuatda xəbər yayıldı ki, “Təzəpir” məscidindən tutmuş DİN və Baş Prokurorluğun binalarına qədər bütün yaşayış məhəllələri söküləcək və həmin yerdə park salınacaq.

Məlum oldu ki, icra hakimiyyəti yenə də inzibati- amiranə üsulu (sovet rejiminin mənfi mirası) ilə hərəkət etmək qərarına gəlib. Heç bir ictimai müzakirə olmadan və hər hansı izahat verilmədən, sadəcə, bildirdilər: “Sökürük!”. Küçələrdə evlərin üzərinə xüsusi işarələr qoyan və sakinlərə evlərinin söküləcəyini deyən naməlum adamlar ortaya çıxdı.

Sonra isə sanki bir cəza və qorxutma aktını xatırladan söküntü prosesi başladı. Polisin müşayiətilə məmurlar adamların üstünə qışqırır, onları təhqir edir, baş verənləri işıqlandıran jurnalistləri döyürlər. Bu nə vəhşilikdir!?

Bu fonda məmurların vətəndaşlara hörmət etməyə borclu olmaları, heç kimin onların hüquqlarının pozmaq ixtiyarı olmamaları ilə bağlı ölkə rəhbərliyinin bəyanatları istehza və ya bir lətifə kimi görünür. Ədalət naminə qeyd etmək lazımdır ki, “Bayır şəhər”də çoxlu köhnə və yaşayış üçün tam yararsız tikililər də var. Onların sökülməsi heç bir sual doğurmur.

Ancaq bir şey mühümdür. Bu ərazi məhz paytaxtın tarixi hissəsi kimi dəyərlidir və burada söküntü yalnız seçmə üsulla aparıla bilər. Belə yanaşmanın müsbət nümunəsi kimi Bakının mərkəzində Həzi Aslanov və Vidavi küçələri boyunca oxşar binaların bərpasını göstərmək olar.
Köhnə tikililərin sökülməsindən və parkların salınmasından danışırıqsa, bunu sivil şəkildə etmək lazımdır. Yaşıllıqlar, bağlar və yaşıl sahələr şahmat qaydası ilə köhnə tikililərin və məhəllələrin yerində yaradıla bilər. Belə olan halda memarlıq binaları landşaft dizaynının bir hissəsi kimi görünəcək.

Sivil ölkələrdə məhz belə edirlər. Biz “Bayır şəhər”dəki evlərin tarixi və ümumiyyətlə, bu ərazinin özü haqqında çox az şey bilirik. “Bayır şəhər” Bakının tarixi mərkəzi “İçəri şəhər”in hüdudlarından kənara doğru genişlənməsindən sonra adlandırılıb.

Bu ərazinin ikinci adı paytaxtın baş məscidi ilə eyniadlı olan “Təzəpir”dir. 1929-cu ildə bolşeviklər ərazinin əsas küçəsini “Sovetski” adlandırıblar və bu adı ərazinin böyük hissəsinə şamil edilib. 19-cu əsrdə “Bayır şəhər”də çoxlu memarlıq abidələri tikilib. 

Onların sahibləri şəhərin və bütövlükdə ölkənin tarixində mühüm rol oynamış tanınmış şəxslər olublar. Bu evlərdən biri haqqında danışmaq istərdim: Zərgərpalan, 9 ünvanındakı bina. Onu 1911-ci ildə bankçı, biznesmen və xeyriyyəçi Kərbəlayı Məhəmməd Əli Salehi (Salehli) tikdirib. Üçmərtəbəli monolit bina bu gün də çox müasir görünür və küçənin ümumi görünüşünə uyğun gəlir.

Giriş qapısının üzərində ev sahibinin adı olan bəzəkli lövhə qismən qorunur. Təəssüf ki, bir neçə il əvvəl şəhərdə aparılan “divar təmizləmə” zamanı bu qızılı-göy rəngli löhvənin bir hissəsi məhv edilib. Binanın giriş qapısın onun ortasından uzadılan qaz borusu ilə pis günə salınıb, eləbil borunu aşagıdan, pillənin altından keçirmək olmazdı.

1906-cı ildə Kərbəlayı Məhəmməd Əli Salehli “Səadət” adlı xeyriyyə cəmiyyətinin yaradıcılarından biri idi. Bu cəmiyyət Bakıda və Abşeron qəsəbələrində məktəb və xəstəxanaların, evsizlər üçün sığınacaqların tikintisini, gənclərin təhsilini və digər xeyriyyə tədbirlərini maliyyələşdirirdi. "Səadət” cəmiyyəti 1918–20-ci illərdə Azərbaycan Xalq

Cümhuriyyəti hökumətinə böyük maliyyə dəstəyi göstərmişdi.

Bu da 1920- ci ildə bolşeviklərin Salehlini təkcə sərvətindən məhrum etməklə kifayətlənməyib, həm də evindən qovulmasının səbəblərindən biri idi. "Bayır şəhər” ərazisində oxşar tarixə malik binalar az deyil. Bu, bizim tarixi yaddaşımızın və maddi mədəniyyətimizin qiymətsiz hissəsidir ki, onlar barədə ancaq arxivlərdə məlumat var. Bu irsin qorunması bizə keçmişimizlə qürürlanmaq, bu ölkəni quranları usaqlarımıza örnək gostərmək, əvvəlki nəsillərə minnətdar olmaq haqqını verir. 

Bu mənada Kərbəlayı Məhəmməd Əli Salehlinin birbaşa varisləri buna misaldır. Xeyriyəçinin kiçik oğlu Məmməd Əmin Salayev Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Torpaqşünaslıq İnstitutunun direktoru olub. Xeyriyəçinin nəvəsi Fuad Salayev Rəssamlıq Akademiyasının prorektoru, tanınmış heykəltəraş, Azərbaycanın xalq rəssamıdır, onun kiçik qardaşı İstanbul Universitetinin professoru Fərid Salehli, bacısı pedaqoq Bilqeyis xanım Salayevadır. Bakının bu hissəsində nə qədər belə tarix yaşayır, və onların nə qədərini artıq itirmişik? Kimdir günahkar? 

Torpaqlarımızı işğal edənlərmi, müstəqilliyimizi əlimizdən alan bolşeviklərmi, “müsəlmanları sevməyən” Qərbmi, yoxsa bir başqası? Məgər şəhərin harda gəldi eyni tipli hündür binalar tikib kvadrat metrini astronomik qiymətlərə satanlar düşmənlərdi? Abşeron sahillərini hasarlayıb çimərliklərdə villalar tikən, insanları dənizdən məhrum edənlər onlardımı? 

Məşhur filmin qəhrəmanın demiş: “Gülümsəyin, cənablar, gülümsəyin, dünyanın ən böyük alçaqlıqları məhz belə sifətlə edilir”. 

Şahin Hacıyev

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Mədəniyyət 14:19
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Mədəniyyət 17:12
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Mədəniyyət 13:07
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Mədəniyyət 20:00
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Mədəniyyət 12:26
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Mədəniyyət 16:23
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Cəmiyyət 11:22
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Nəriman Həsənzadə vəfat edib
Mədəniyyət 08:50
Nəriman Həsənzadə vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol