• $
  • £

Qlobal enetji tələbatı onilliklər yüksək qalacaq - BP

Qlobal enetji tələbatı onilliklər yüksək qalacaq - BP
25.11.2025 11:45

Qlobal enerji tələbatı onillərlə yüksək qalacaq və Xəzər regionunun mövcud neft-qaz infrastrukturu strateji rolunu qoruyacaq. Bunu BP regional prezidenti Giovanni Cristofoli bildirib.

Rəsmiyə görə, BP-nin son Energy Outlook hesabatı 2050-ci ildə enerji tələbatının bu günlə müqayisədə təxminən 10% çox olacağını və tələbatın yarısının yenə də neft və qazla ödəniləcəyini göstərir. 

O qeyd edib ki, hətta temperatur artımının 2°C-dən aşağı saxlanıldığı ssenaridə belə, tələbat “indiki səviyyənin üçdə ikisi qədər olacaq və bunun təxminən üçdə biri yenə də neft-qazın payına düşəcək”.

O əlavə edib ki, bu, hidrokarbonlara ehtiyacın onilliklərlə davam edəcəyini və Xəzər regionunun enerji mərkəzi kimi mövqeyini möhkəmləndirdiyini göstərir.

BP rəsmisi  bildirib ki, Avropaya çıxışı təmin edən boru kəmərləri infrastrukturu, yerli kadr potensialı, operator–podratçı münasibətlərində əməkdaşlıq modeli və dost biznes mühiti regionun üstünlüyüdür.  

O həmçinin bildirib ki, sektordakı artan texniki və geosiyasi mürəkkəblik fonunda SPE və IOGP kimi qurumlar “ən yaxşı təcrübələrin, texnologiyaların və sənaye standartlarının paylaşılması üçün kritik əhəmiyyətə” malikdir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol